"Laçın" sərhəd-buraxılış məntəqəsi rəsmi İrəvanın riyakarlığını və məkrli siyasətini bir daha ifşa etdi

"Laçın" sərhəd-buraxılış məntəqəsi rəsmi İrəvanın riyakarlığını və məkrli siyasətini bir daha ifşa etdi
Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru

İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başlanan İkinci Qarabağ Müharibəsi milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü sayəsində düşməni kapitulyasiya aktı imzalamağa məcbur etdi. Məhz Ali Baş  Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakıgücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarımız Vətən ugrunda canından, qanından keçdi. Bu gün onların sayəsində  Azərbaycan xalqı müasir tarixinin ən qüdrətli, fəxarətli günlərini yaşayır.

Düşmən tapdağından azad edilmiş vətən torpaqlarında bərpa -  quruculuq işləri aparılır, böyük infrastruktur layihələri həyata keçirilir. Bu məqsədlə yeni yollar, məktəblər, xəstəxanalar, elektrik stansiyaları, kommunikasiya xətləri salınır. Bütün bunlara baxmayaraq, öz məkrli və riyakar siyasətindən əl çəkməyən Ermənistan siyasi rəhbərliyi 2020-ci il 10 noyabr tarixli şərəfli bəyanatına zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri – qanuni erməni silahlı dəsyələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə dəjərbi təyinatlı digər vasitələri daşıyırdı. Bu məqsədlə aprelin 22-də birtərəfli qaydada Azərbaycanla sərhəddə Laçın - Xankəndi yolunun üzərində nəzarət buraxılış məntəqəsi quruldu. Buna adekvat olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət sərhəd xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində Laçın - Xankəndi yolunun başlanğıcında Həkəri çayı üzərində buraxılış məntəqəsi quruldu. Ermənistanla  sərhəddə fəxarət və yenilməzlik rəmzimiz olan dövlət bayrağımız dalğalandırıldı. Bununla da, Azərbaycan sərhəqlərinin bütövlüyü təmin olundu. Bələliklə, xalqımlz ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.

Qeyd etmək lazımdır ki, riyakar Ermənistan özünün mənfur siyasətindən əl çəkmir, beynəlxalq arenada Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışır. Bütün çirkin iftiralara rəğmən Azərbaycan tərəfi hər zaman dürüstlük  və qətiyyət nümayiş etdirmişdir. Müzəffər  Ali Komandan İlham Əliyevin vurğuladığı kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”.

Həkəri çayı üzərində qurulan Laçın sərhəd buraxılış  məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları  çərçivəsində atılmış əsaslı addımdır. Məhz bu hadisə-sərhədlərimizin təmin edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə  yazıldı. Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş Laçın şəhəri haqqında  belə qeyd etmişdir.: “Bir daha demək istəyirəm ki, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli  bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq!”

Yaşasın Laçın! Yaşasın Azərbaycan.!