Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur
ELNUR HÜSEYNOV
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktoru
1992-ci il mayın 18-də erməni işğalçıları tərəfindən Laçın dəhlizi , Laçın rayonunu işğal olundu.Laçının yeraltı və yerüstü sərvətləri, tarixi abidələri erməni vandalları tərəfindən talan edildi. Daha sonra Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi kimi qeyri-qanuni əməllər törətdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri işğaldan azad edildi. Vətən müharibəsindəki Böyük Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışında demişdir: “Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi, bir daha demək istəyirəm ki, tarixi hadisədir”. Artıq işğaldan azad olunan Laçında quruculuq işləri və Böyük Qayıdış başlanıb. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Laçın rayonunun əhalisi isə “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq gələn ilin sonuna qədər doğma ocaqlarına qayıdacaqlar.Biz öz torpaqlarımızda bərpa işləri apararaq əzəli torpaqlarımıza qayıdış sevincini yaşadığımız halda Erməni vandalları yenə də öz mənfur əməllərindən əl çəkmirlər. Əldə olunmuş razılığın bütün şərtləri pozaraq gizli yolla silahlandırma işləri aparmaqla növbəti təxribatlara hazırlıq işləri görməyə cəhd göstərdilər.
Ali Baş Komandan İlham Əliyev bu təxribatın üstünün açılması və beynəlxalq təşkilatlara sübutlarla göstərilməsi üçün lazımı addımların atılması üçün gərəkli tədbirlərin görülməsi haqda tapşırıqlar verdi və bu təxribatı törədənlərə qarşı lazımı tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edildi. Heç bir təxribat bizi öz torpaqlarımıza qayıtmağımıza mane ola bilməz.
Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək.Artıq məscidin inşasının təməli prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alınır. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Prezident İlham Əliyevin çıxışında qeyd edib: “Siz Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.