Konstitusiya ümumxalq referendumu əsasında qəbul edilmişdir

Konstitusiya ümumxalq referendumu əsasında qəbul edilmişdir

Selcan Əhmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 324 saylı uşaq bağçası və körpələr evinin müsiqi rəhbəri

Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.

Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən bildirmişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Hazırkı, Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.