İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir

Günel Orucova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 14 saylı uşaq bağçası və körpələr evinin müdiri

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 28 yanvar 2025-ci il tarıxındə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirmişdir. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat layihələrinin sürətlə həyata keçirilməsinin vacibliyini xüsusi vurğuladı.

Prezident, bu layihələrin yalnız bölgənin fiziki bərpası üçün deyil, həm də regionda iqtisadi inkişafın təmin edilməsi, sosial rifahın yüksəldilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı, Azərbaycanın qarşısında yeni bir mərhələ açmışdır. Bu ərazilərdə nəqliyyat infrastrukturunun qurulması, bölgənin yenidən canlanması və ölkə ilə sıx əlaqələrin qurulması baxımından böyük əhəmiyyətə malikdir.

Ölkə başçısı müşavirədə bildirib ki, bu ərazilərdə həyata keçirilən nəqliyyat layihələri, yalnız daxili əlaqələrin bərpası üçün deyil, həm də Azərbaycanın beynəlxalq tranzit şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Bu layihələrə daxil olan ən vacib layihələrdən biri Zəngəzur dəhlizinin yaradılmasıdır. Zəngəzur dəhlizi, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, həm də bu bölgəni digər ölkələrlə, xüsusən Türkiyə və İran ilə sıx nəqliyyat əlaqələrinə daxil edəcək.

Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.


Bu barədə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir.

Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi.