İran və Türkiyə ilə qurulan əməkdaşlığı nəticəsində Muxtar Respublika elektrik enerjisi, təbii qaz və ərzaqla təmin edildi
Gülşən Həsənova
3 saylı doğum evinin neonatoloqu
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Tarixin inkişafı prosesində hər bir xalqın taleyində böyük şəxsiyyətlərin müstəsna xidmətləri olur. Belə şəxsiyyətlərin yalnız doğum tarixi olur, illər və əsrlər ötsə də bu şəxsiyyətlər xalqın tarixində və milli yaddaşında əbədi yaşayırlar. Müasir Azərbaycan tarixində belə bir şəxsiyyət heç şübhəsiz ki, Heydər Əliyevdir. Ürəyi və düşüncəsi ilə həmişə xalqının yanında olan Heydər Əliyev 1990- cı ildə törədilmiş 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə etirazını bildirdi. Bu etiraz ona qarşı siyasi tədbirlərin dahada şiddətlənməsinə səbəb oldu. Azərbaycan müstəqilliyinin ilk illərində bir tərəfdən erməni işğalına digər tərəfdən kənar qüvvələrin müdaxiləsinə məruz qalan ölkə xaosa yuvarlanmışdı. Belə bir vaxtda Azərbaycana qayıdıb xalqı ilə olmaq istəyən Heydər Əliyevin qarşısına sipər çəkilirdi. Bunlara baxmayaraq Heydər Əliyev doğma Naxçıvana gəldi. Həmən dövrdə siyasi və iqtisadi blokadanın sərt qanunları ilə yaşayan Muxtar Respublika, erməni silahlılarına məruz qalırdı. Əhalinin isti münasibətilə qarşılaşan Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Ali Məclisinin sədri seçildi. Sədr olarkən iki dəfə İran İslam Respublikasına səfər edən Heydər Əliyev rəsmi Tehranla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu. Sədərək-diliucu körpüsünün tikilməsi təşəbbüsü ilə çıxış etdi. Bu körpüyə həmən dövürdə”Ümid” körpüsü ad verildi. İran və Türkiyə ilə qurulan əməkdaşlığı nəticəsində Muxtar Respublika elektrik enerjisi, təbii qaz və ərzaqla təmin edildi.
Azərbaycanın bir dövlət kimi məhv olmasına göz yuma bilməyən Heydər Əliyev 1993- cü ildə hakimiyyətə qayıtdı. İlk növbədə vətəndaş müharibəsinin qarşısını aldı. Atəşkəs rejiminə nail olaraq erməni işğalını dayandırdı və Azərbaycanı dirçəltməyə başladı.
1994- cü ildə Qərbin iri Neft şirkətləri ilə”əsrin” müqaviləsi imzaıandı.Bununlada Azərbaycan İqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq,inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini beynəlxalq müstəviyə çıxarılaraq münaqişənin Azərbaycan Respublikasınn ərazi bütövlüyünün çərçivəsində həll edilməsini tələb edirdi. Bütün həyatını tam şəkildə Azərbaycan Dövlətinə həsr edən Heydər Əliyevin mehriban qanşuluq və səmimi dostluq siyasəti uğurlu nəticələr vermişdi.
Bu gün iki ölkə arasındakı münasibətlərin inkişaf dinamikasının qorunması siyasəti Heydər Əliyevin siyasi kursunun ardıcıl həyata keçirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 23 fevral 2016- ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və birgə bəyanatları bir daha göstərdiki, qonşu dost və tərəfdaş dövlətlər olan Azərbaycan ilə İran arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəklər.