İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir

İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir

Samirə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini

Suraxanı Rayon Göyərçin körpələr evi və uşaq bağçasının müdiri

Xalqımızın milli dəyərlərinin və özünəməxsusluğunun qorunması üzrə atılan, müstəqil dövlətçiliyimizin milli rəmzlərindən biri olan ana dili Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması ilə tarixi hadisə olaraq yaddaşımıza həkk olundu.

Dil mədəniyyətin təməlidir, dil olmasa mədəniyyəti nəsildən nəsilə ötürmək maneə yaradar. Xalqın, millətin ən başlıca var oluş səbəbi dildir. Ilk öncə biz bu baxımdan Ümumilli Lider Heydər Əliyevin dilimizi qoruyub saxlamaq istiqamətində apardığı mübarizələrə diqqət yetirməliyik. O qeyd etmişdir ki “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.

Heydər Əliyev yuxarıda söylənən fikirlərlə dilimizin dəyərlərini qoruyub saxlamağı özünə borc bilmişdi. Azərbaycan Konstitusiyası hazirlanmazdan əvvəl SSRI Konstitusiyası barədə cəsarətlə öz mövqeyini bildirməsi böyük bir hərəkət idi. Bu mövqe ilə o çətin şəraitdə dilimizin statusunu qorumağa çalışırdı. SSRI dövründə buna nail olmaq qeyri-mümkün görünürdü. Lakin Heydər Əliyev cəsarətli mövqeyi ilə buna nail oldu.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra onun dilə necə həssaslıqla yanaşmasını görə bilərik. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Əsas qanun qəbul edildikdən sonra isə bu sahədə strateji tədbirlər görülməyə başlanıldı. Hər sahədə olduğu kimi, Heydər Əliyevin uğurlu  varisi  Ali Baş Komandan İlham Əliyev bu strategiyanı davam etdirir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətə qiymət verərkən onun latın qrafikası ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin kütləvi tirajla Azərbaycan dilində çap olunmasını qeyd etmək lazımdır. Prezident İlham Əliyevin də diqqət etdiyi əsas məqamlardan biri dil ilə mədəniyyətinin vəhdətinin vacibliyidir.