İndi qarşımızda Qubadlını yenidən qurmaq missiyası dayanır
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin kitabxana müdiri
1988-ci ildən vətənimizin erməni qəsbkarları tərəfindən işğalı başlandı. 1993-cü il avqust 31-də növbəti rayonumuz-Qubadlı ermənilərin işğalına məruz qaldı. Bundan sonra uzun illər nə Qubadlının məscidlərindən azan səsi, nə də mağarlarından aşıq səsi gəlmədi.
Qara geydi Qubadlı. Ermənilər Qubadlının Xanlıq kəndində yeni evlər tikib xaricdən erməniləri bura köçürdülər. Onlar Qubadlının əlverişli coğrafişəraitini nəzərə alaraq ermənilər burada hərbi istehkam qurmuşdu. Lakin bunların heç biri onlarayardım etmədi. Həsrət illəri uzun olsa da, sonsuz olmadı, vüsalla bitdi.
Beləliklə 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Qubadlı işğaldan azad olundu. 25 oktyabr 2020-ci ildə üfüqdə doğan günəş, şərqdən əsən yel Qubadlıya zəfər müjdəsi verdi. Qubadlının erməni tapdağı ilə çirklənmiş torpağı şəhid qanı ilə yuyuldu. Qubadlıda Azərbaycan bayrağı dalğalandı.
Artıq hər şey geridə qalmışdı. İndi qarşımızda Qubadlını yenidən qurmaq missiyası dayanır. Bunun üçün Prezident bütün lazım olan təlimatları vermiş, dəfələrlə Qubadlıda olaraq həyata keçirilən
işlərin gedişatı ilə yaxından tanış olmuşdu.
Hər şey yoldan başlayır. Belə ki, Qubadlıya səfəri zamanı Prezident "Şükürbəyli-Cəbrayıl-Hadrut" magistral yolunun Şükürbəyli-Cəbrayıl hissəsinin açılışında iştirak edib. Bundan başqa Cəbrayıl qovşaq yarımstansiyasının təməlqoyma mərasimi oldu. Qubadlıda Dövlət Sərhəd xidmətinin yeni hərbi hissə kompleksinin də açılışı baş tutmuşdur. Səfər zamanı Prezident Qubadlının baş planı ilə yaxından tanış olmuş, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.
Bütün bunlar sadəcə başlanğıcdır. Qubadlı bütün İişğaldan azad olmuş ərazilər kimi yenidən qurulacaq və bu dəfə səadət yeli Azərbaycan üzərində daim əsəcək və üçrəngli Azərbaycan bayrağını dalğalandıracaq.