İmzalanmış Bəyannamə tarixə əsaslanır
Havvaxanım Məmmədhüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu 267 saylı körpələr evi - uşaq bağçası müdiri
15 iyun 2021 – ci il tarixində Azərbaycan Respublikası arasında müttəfiq münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalanmışdır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində mühim rol oynayan tarixi sənəddir. Bu Bəyannamə iki dövlətin siyasi , iqstisadi, hərbi və mədəni sahələrində əməkdaşlığını genişləndirmək onların strateji müttəfiqliyini yeni mərhələyə yüksəldir.
Şuşa şəhərində imzalanması bu sənədə xüsusi əhəmiyyət verir. Çünki Şuşa Azərbaycan mədəniyyət paytaxtı olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün və tarixi zəfərinin rəmzidir.
Müasir dünyada dövlətlərin qüdrəti artıq yalnız iqtisadi göstəricilər və hərbi potensialla ölçülmür. Bu gün beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq, qarşılıqlı etimad, siyasi həmrəylik və inteqrasiya təşəbbüsləri qlobal inkişafın əsas istiqamətlərini müəyyən edən mühüm faktorlar hesab olunur. Belə bir mürəkkəb geosiyasi şəraitdə imzalanan Şuşa Bəyannaməsi sadəcə Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil, həm də Türk dünyasının gələcək inteqrasiya proseslərinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisədir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.” Bu fikir göstərir ki, güclü gələcək yalnız möhkəm tarixi təməl üzərində qurula bilər. Türk xalqlarını birləşdirən əsas amillər təkcə ortaq iqtisadi maraqlar və coğrafi yaxınlıq deyil. Bu birlik əsrlər boyu formalaşmış ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və gələcəyə dair ümumi baxışdan qaynaqlanır.
Hazırkı dövrdə dünya siyasətində yeni güc mərkəzləri meydana çıxır, beynəlxalq iqtisadi münasibətlər yenilənir, enerji təhlükəsizliyi qlobal gündəliyin prioritet istiqamətlərindən birinə çevrilir və nəqliyyat dəhlizlərinin əhəmiyyəti artır. Belə bir şəraitdə Türk dünyasının malik olduğu potensial daha aydın şəkildə görünür. Azərbaycan və Türkiyə arasında formalaşmış strateji müttəfiqlik münasibətləri gələcək inteqrasiya prosesləri üçün uğurlu model hesab edilə bilər. Şuşa Bəyannaməsi yalnız siyasi əməkdaşlıq məsələlərini deyil, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, müdafiə sənayesi, informasiya mühiti və humanitar sahələrdə əməkdaşlığı da özündə ehtiva edir.
Mən Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və hər iki ölkənin uğurlarına tövhə verməyinə inanıram.