İmzalanmış Bəyannamə tarixə əsaslanır

İmzalanmış Bəyannamə tarixə əsaslanır

Havvaxanım Məmmədhüseynova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayonu 267 saylı körpələr evi - uşaq bağçası müdiri

15 iyun 2021 – ci il tarixində Azərbaycan Respublikası  arasında müttəfiq münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalanmışdır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında  dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində  mühim rol oynayan tarixi sənəddir. Bu Bəyannamə  iki dövlətin siyasi , iqstisadi, hərbi və mədəni sahələrində əməkdaşlığını genişləndirmək onların strateji müttəfiqliyini yeni mərhələyə yüksəldir.

Şuşa şəhərində imzalanması bu sənədə xüsusi  əhəmiyyət verir. Çünki  Şuşa Azərbaycan mədəniyyət  paytaxtı  olmaqla  yanaşı, ölkəmizin  ərazi  bütövlüyünün  və tarixi zəfərinin rəmzidir. Hesab edirəm ki, Şuşa Bəyannaməsi regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Bu sənəd həm də “Bir millət, iki dövlət” prinsipinin real həyatda təzahürüdür və gələcək nəsillər üçün  böyük əhəmiyyət  daşıyır.

Müasir dünyada dövlətlərin qüdrəti artıq yalnız iqtisadi göstəricilər və hərbi potensialla ölçülmür. Bu gün beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq, qarşılıqlı etimad, siyasi həmrəylik və inteqrasiya təşəbbüsləri qlobal inkişafın əsas istiqamətlərini müəyyən edən mühüm faktorlar hesab olunur. Belə bir mürəkkəb geosiyasi şəraitdə imzalanan Şuşa Bəyannaməsi sadəcə Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil, həm də Türk dünyasının gələcək inteqrasiya proseslərinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisədir.

 Bu sənəd iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərini yeni səviyyəyə yüksəltməklə yanaşı, Türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırmışdır. Uzun illər ərzində ortaq tarixə, dilə və mədəniyyətə malik xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.  Yeni geosiyasi reallıqlar isə bu əməkdaşlığın əhəmiyyətini daha da artırmışdır. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin hüquqi bazası deyil, eyni zamanda Türk dünyasında yeni strateji düşüncənin formalaşmasının mühüm mərhələsidir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.” Bu fikir göstərir ki, güclü gələcək yalnız möhkəm tarixi təməl üzərində qurula bilər. Türk xalqlarını birləşdirən əsas amillər təkcə ortaq iqtisadi maraqlar və coğrafi yaxınlıq deyil. Bu birlik əsrlər boyu formalaşmış ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və gələcəyə dair ümumi baxışdan qaynaqlanır. 

Hazırkı dövrdə dünya siyasətində yeni güc mərkəzləri meydana çıxır, beynəlxalq iqtisadi münasibətlər yenilənir, enerji təhlükəsizliyi qlobal gündəliyin prioritet istiqamətlərindən birinə çevrilir və nəqliyyat dəhlizlərinin əhəmiyyəti artır. Belə bir şəraitdə Türk dünyasının malik olduğu potensial daha aydın şəkildə görünür. Azərbaycan və Türkiyə arasında formalaşmış strateji müttəfiqlik münasibətləri gələcək inteqrasiya prosesləri üçün uğurlu model hesab edilə bilər. Şuşa Bəyannaməsi yalnız siyasi əməkdaşlıq məsələlərini deyil, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, müdafiə sənayesi, informasiya mühiti və humanitar sahələrdə əməkdaşlığı da özündə ehtiva edir.

Mən Azərbaycan ilə Türkiyə arasında qardaşlıq  münasibətlərinin  bundan sonra da  inkişaf edəcəyinə  və hər iki ölkənin uğurlarına tövhə verməyinə inanıram.