İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır
Məlahət İsmayılova
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bildiyimiz kimi,Azərbaycan xalqı hər zaman vətənpərvər oğulları ilə,liderləri ilə, dahi şəxsiyyətləri ilə hər zaman dünyada tanınmış bir ölkədir.Xalqımızın bu şəxsiyyətləri illər boyu hər əsrdə olmuş və yaşadığı müddətdə Azərbaycan xalqına saysız töhfələr vermişdir.Bu gün haqqında danışacağım lider Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevdir.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş və Ulu Öndərimizin,xalqın etimadını layiqincə doğrultmuşdur.Azərbaycan günü – gündən inkişaf və çiçəklənmə dövrünü məhz bu dönəmlərdən yaşayıb və yaşayır.
Prezidentimiz İlham Əliyevin xalqa hər zaman verdiyi dəyər,milli dəyərlərimiz,dinimiz, xalq rəhbər birliyi, xalqın rəhbər ətrafında yumruq kimi birləşməsi bunu göstərir ki, bu xalq prezidentindən çox razıdır və onu sona qədər dəstəkləyir.
44 günlük zəfər savaşı da göstərdi ki, xalq prezidentini, prezident də xalqını çox sevir, arxa durur.Prezidentimizin biz birlikdə güclüyük şüarı bu 44 günlük savaşda ğzünü göstərdi.Xalqın rəhbərə olan etimadın nəticəsidir ki, Qarabağımız azad edildi, ölkəmiz öz ərazi bütövlüyünü bərpa elədi.Və ən əsası xalq necə lider olduğunu bir daha gördü.
Cənab prezident hər zaman çıxışlarında məmurlara və təyin etdiyi rəhbər şəxslərə qeyd edir ki, hər birimiz xalqın qulluqçularıyıq.Prezidentimizin bu çıxışı ilə xalqına olan etimadı, dayağı, sahibkarlara, iş adamlarına olan dəstəyi cənab prezidentimizin xalqa olan bağlılığının göstəricisidir.
Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, onun İlham Əliyev kimi bir prezidenti var və bu xalq prezidentini, prezidenti də xalqını çox sevir.Və bu cür birlik sayəsində prezidentimizin də dediyi kimi, biz birlikdə güclüyük şüarı kimi bu xalq hər zaman rəhbərin arxasında olaraq daha da gözəl günlərə imza atacaq.