Lalə Əhmədova
YAP-ın təəssübkeşi
Suraxanı rayonu 285 nömrəli tam orta məktəbin direktor vəzifəsi icra edən
Müstəqil Azərbaycan Respublikasına rəhbərlik edən dövlət başçısı İlham Əliyevə uğur qazandıran hansı keyfiyyətlərdir? Məncə, iradəsi! Çünki iradə insanı güclü edir, çətinlikləri dəf etməyə kömək edir, ağıl, qətiyyət, zəhmətkeşlik, mərdlik, humanistlik formalaşdırır və lider olmağa kömək edir. Bunun nəticəsidir ki, İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kürsünü inamla inkişaf etdirir, onun fəaliyyəti çox şaxəlidir.
XXI əsrin keşməkeşli şəraitində Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi tanınması məhz İlham Əliyevin bu əsrdə milli liderliyinin uğurlu nümunəsidir. İndiki tarixi şəraitdə dövlətə başçılıq edən şəxsin gördüyü işlər sürətlə hər yerə yayılır. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında dəfələrlə fikir bildiriblər. Onlar Azərbaycan Prezidentindən müdrik, uzaqgörən, əməkdaşlığa açıq və etibarlı, dövlət işlərini dərindən bilən və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs edirlər.
Azərbaycanı mətnliklə, inamla irəli aparan İlham Əliyev kiçik bir ölkəni öz qətiyyətinin diplomatiyasının gücü ilə bütün dünyada böyük nüfuz və söz sahibinə çevirə bilib. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Cənab İlham Əliyev Azərbaycanı fərqli mədəniyyətləri dialoqu məkanına, tolerantlıq, multikulturalizm ünvanına çevirdi. O, gənclərimizi aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə çox böyük işlər görüb. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, onların sosial problemlərinin həlli, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi dövlət başçısının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bütün bu qayğı və diqqət Azərbaycan gənclərinin gələcəyə böyük inamını formalaşdırdı. Gələcəyə inam isə gənclərin öz fəaliyyətlərində daha böyük uğurlar əldə etməsi üçün güclü zəmindir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən savaşında qazandığı qələbə tək 30 illik problemi həll etmədi, iki əsrin münaqişəsinə son qoydu. Prezident İlham Əliyevin bu qələbəsi ən incə detalına qədər düşünülmüş, səbr, müdriklik, əzm və qətiyyəti ilə nəzərə alınmış bir döyüşün zəfəridir.
Bu gün qalib ölkənin müzəffər xalqı kimi qürurluyuq. Alnımız açıq, başımız ucadır. Torpaqlarımız işğaldan azad edilib, üç rəngli bayrağımız bu ərazilərdə dalğalanır. Gələcəkdə ölkəmizin inkişafına davamlı töhfələr vermək üçün ”Azərbaycan 203: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Ölkəmizdə daxili sabitlik var. İqtisadiyyatımız inkişaf edib, xalqın rifah halı gündən-günə yaxşılaşır.
Xalq dövlət birliyi ordu quruculuğu möhkəmlənir, təhsil, mədəniyyət, incəsənət sahəsinə xüsusi diqqət verilir. Bütün bunlar əlbəttə xalqın öz rəhbərinə inamını artırır. Çünki, bu rəhbər fərqli düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir liderdir-qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider. Tarixi təcrübə sübut edir ki, liderinin xalqına arxalandığı və xalqı üçün yaşadığı ölkə həmişə tərəqqi edir. Cənab İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır. Bəli, o, bacarıqlı,düşünülməmiş qərarlara yol verməyəndir. Rəyi ilə razılşmadığı insanlara ehtiramla yanaşan bir şəxsiyyətdir. Şəxsi hissləri siyasətdən ayıra bilən adamdır-çünki məsuliyyətlidir. Azərbaycan xalqının öz rəhbərinə inamı sonsuzdur!
Türk dünyasının fəxri Çingiz Aytmatov vaxtı ilə demişdir : “İlham Əliyev qloballaşan dünyanın müasir lider etalonudur.”
Azərbaycan indi tamamilə yeni dövrə qədəm qoyur: inkişaf, sosial rifah, milli barış və vəhdət dövrü!
Cənab İlham Əliyev təkcə dövlət idarə etmir, tarix yaradır: Azərbaycanın ən qüdrətli dövrünün tarixini!