İcra başçıları daim insanlarla təmasda olmalıdır
Kəmalə Həmzəyeva
“Dalğa” Elm İstehsalat Müəssisəsinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Bu gün inamla həyata keçirilən Ulu Öndər Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan Dövləti Müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə tarazlıq inkişafının təmin edilməsi istiqamətində atdığı addımları və inanılmaz iqtisadi uğurları ilə Beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq Dünya Birliyinə yaxından inteqrasiya olunan Müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın Milli mentolitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq Beynəlxalq Birliyin tələbləri səviyyəsində qurulur.
Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri, yerli və regional layihələr sahəsində Azərbaycan dövləti uğurlu iqtisadi nəaliyyətləri ilə aparıcı dövlətlər sırasında öz mövqeyini möhkəmlətmişdir. Bütün bunlar isə əminliklə deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf, vahid bir sistem kimi formalaşaraq Beynəlxalq İqtisadi arenada baş verən yenilikləri sürətlə mənimsəməkdədir.
Azərbaycan regionlarında yüksək əmək tutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edir. Daha dəqiq desək, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bölgələrdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin açılması istiqamətində mühüm nəaliyyətlər əldə edilib. Beləliklə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Ölkə əhalisinin artımı təbii artımla yanaşı mexaniki artım vasitəsi ilə də tənzimlənir. Ümumiyyətlə əhalinin artımına bir çox amillər təsir edir. Bunlardan ən vacibləri məhsuldar qüvvələrin inkişaf səviyyəsi, əhalinin etnik, dini və regional mənsubiyyəti, qadınların ictimai əməyə cəlb olunması və cəmiyyətdə rolu, dövlətin doğumu stimullaşdırılması və ya əksinə, müharibələr, epidemiyalar nəticəsində uşaq olümü səviyyəsinin dəyişməsi və s.-dir. Bundan başqa, əhalinin artımına, qadın və kişilərin sayının disporsiyaları, cins və yaş tərkibi kimi amillər də təsir edir. Əhalinin artımı iş yeri problemlərini də meydana çıxardır. Dövlətin əsas məqsədi əhalinin artımına uyğun yeni iş yerilərinin açılmasıdır. Əminliklə deyə bilərik ki, bu məqsədə nail olmaqdayıq.
Biz qələbəni Şəhidlərimizə, müharibə əlillərinə və müharibə iştirakçılarına borcluyuq. Əlbətdə heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “Öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı 44 gün ərzində düşmən işğalından azad etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, bu dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma bunu heç kim unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsğər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlıqlarını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan azad ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir vətəndaşın borcudur ki, onlara arxa-dayaq olsun.
İcra başçıları daim insanlarla təmasda olmalıdır. Bir neçə icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Əfsuslar olsun ki, bəzi icra başçıları əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu hər bir dövlət məmuru üçün dərs olmalıdır. İcra başçıları daim insanlarla təmasda olmalıdır. Bütün rayon və bölgələrdə vətəndaşların qayğıları ilə yaşamalı, onları narahat edən məsələləri gücləri yetdiyi qədər, imkan daxilində bu problemləri həll etməlidirlər.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq və yenidənqurma işləri Rayon İcra Hakimiyyətinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Qeyd etmək olar ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayri-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Artıq rayonlarda şənbə-bazar iməclikləri ənənəvi xarakter alıb. Keçirilən iməcliklər zamanı rayonun bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə abadlıq işləri aparılır. Rayonlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Rayon İcra hakimiyəti rəhbərliyinin yaxından köməyi və diqqəti sayəsində bütün işlər yüksək səviyyədə və operativ surətdə həyata keçirilir ki, bu da sakinlərin dərin minnətdarlığına səbəb olur.