Hər iki tərəf iqtisadi, siyasi, ticarət sahəsində əlaqələrə mühüm önəm verir

Hər iki tərəf iqtisadi, siyasi, ticarət sahəsində əlaqələrə mühüm önəm verir

Samirə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini

Suraxanı rayonu, Göyərçin körpələr evi və uşaq bağçasının müdiri

Litvaya edilmiş səfər zamanı müəyyən görüşlər keçirilmişdi. Həmçinin, ölkələr arasında ekologiya, gənclər, idman və digər sahələrdə sənədlər imzalanmışdı. Həmin sənədlər Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ölkələrimiz arasında imzalanmışdı. İmzalanan strateji sənədlərə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” əməkdaşlıq sənədləri sənədləri aiddir.

Hər iki tərəf iqtisadi, siyasi, ticarət sahəsində əlaqələrə mühüm önəm verir.  Azərbaycan və Litva arasında belə əlaqələr yüksəlməkdə davam edir. Ikitərəfli münasibətlərin olması Avropa Ittifaqı – Azərbaycan əlaqələri çərçivəsində mühüm rol oynayır. Təbii qazın Avropaya daşınması ilə bağlı qərarlı addımlar atılır. Bu nəticədə də ildən-ilə qazın ixracının həcmi artır. Bununla yanaşı Litva və Azərbaycan daxillərində bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı tədbirlər həyata keçirərək bu sahəyə ciddi diqqət ayırırlar.

Qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə ikitərəfli münasibətlər daha da inkişaf edir. Prezident İlham Əliyev Litvaya dördüncü səfəri zamanı həmçinin bu ölkənin Baş naziri İnqrida Şimonite ilə mühüm görüşlər keçirdi, Azərbaycan-Litva biznes forumunda iştirak etdi.

Qeyd etmək lazımdır ki, səfərin proqramının geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Prezident İlham Əliyevin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etmişdir:  “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir”.