Həmrəylik ideologiyasının əsasını dövlətçiliyə sadiqlik, milli-mənəvi dəyərlərə hörmət təşkil edir
Nurcahan Sultanova
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü
"Exclusive Dubai Travel "- in məsul meneceri
Həmrəylik ideyasının praktik müstəviyə keçməsi 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən I Qurultaydan başladı. Bu hadisə diaspor hərəkatında dönüş nöqtəsi oldu. Bu gün 51 ölkədə fəaliyyət göstərən bu mərkəzlər milli kimliyimizin qorunma qalalarıdır. Cənab Prezidentin vurğuladığı kimi, güclü diaspor güclü Azərbaycan dövləti deməkdir.
Azərbaycançılıq ideologiyasının əsasını dövlətçiliyə sadiqlik, ana dilinə hörmət, milli-mənəvi dəyərləri qorumaq və ümumbəşəri dəyərlərə inteqrasiya təşkil edir. Bu gün bu məfkurə sayəsində xaricdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynayır, eyni zamanda vətənlə olan bağlarını heç vaxt qırmırlar.
2022-ci ildə azad Şuşada keçirilən V Qurultay isə tariximizə "Zəfər Qurultayı" kimi daxil oldu. Ulu Öndərin ruhu qarşısında verilən vədlərin yerinə yetirilməsinin hesabatı olan bu qurultayda, qalib bir ölkənin diasporu olaraq yeni hədəflər müəyyən edildi. Şuşa bu gün dünya azərbaycanlılarının mənəvi paytaxtıdır.