Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ƏPT-da yeni sədr seçilib

Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ƏPT-da yeni sədr seçilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iştirak etmişdir.

Ərazi partiya təşkilatının sədri Kəmalə İbrahimova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi. Daha sonra ərazi partiya təşkilatının sədri K.İbrahimova bildirdi ki, gündəlikdə bir məsələ vardır. K.İbrahimova özünün iş qrafikinin gərginliyini nəzərə alaraq ƏPT sədrliyindən azad olunmasını və YAP üzvü Namiq İbadovun razılığı ilə onun ƏPT sədri vəzifəsinə namizədliyini irəli sürdüyünü bildirdi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Namiq İbadov sədr seçilmişdir.

ƏPT-nin yeni seçilmiş sədri Namiq İbadov göstərilən etimada görə ƏPT-də təmsil olunan üzvlərə və YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülova öz dərin minnətdarlığını bildirərək dedi ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatı bugünə qədər olduğu kimi, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması,  sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması istiqamətində böyük səy göstərəcəkdir.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. Yerli təşkilatın sədr müavini ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.