Hövsan qəsəbəsinin seçiciləri İlhamlı gələcəyə səs verəcək

Hövsan qəsəbəsinin seçiciləri İlhamlı gələcəyə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşviqat qrupunun üzvləri Kəlpi İskəndərov, Nizaməddin Ağcayev, şəhid anası İradə Əlimova və başqaları çıxış edib.

Natiqlər ölkəmizin yeni və məsuliyyətli bir dövrün astanasında olduğunu və bu seçkilərin tarixə Zəfər seçkisi kimi həkk olunacağını vurğulayıblar.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın rəşadətli ordusu 30 illik işğala son qoyub. Azərbaycanın dövlət müstəqilliyinin dönməzıiyi təmin edilib.

Seçkilərdə iştirakın sağlam rəqabətin legitim vasitəsi olduğunu bildirən çıxışçılar dövlət başçısının rəhbərliyi ilə 2003-2023-cü illərdə ölkəmizin qazandığı möhtəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədi, cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Qeyd edək ki, Hövsan qəsəbəsi “MİDA” yaşayış kompleksi ünvanında da yaşayan süçicilərlə görüş keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, təşviqat qrupunun üzvləri  Etibar Quliyev, Nizaməddin Ağcayev, Elşad Kərimov və şəhid anası İradə Əlimova çıxış ediblər.