Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir

Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir
Əminə Əliyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayon 84 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycançılıq – Bu sözün əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən bir ideologiya halına gəlməsi və müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi isə məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan tarixən müxtəlif millətlərin birlikdə dinc yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkədir. Ona görə də, Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında sıx birləşmişdir.

Uzaqgörən siyasi xadim olan Heydər Əliyev hələ 1990-cı illlərdə, yəni hakimiyyətə qaytdıqdan sonra, xaricdəki soydaşlarımız ilə əlaqə quraraq, onların mütəşşəkil qüvvəyə çevrilməsinə, doğma vətən ilə əlaqələrinin möhkəmlənməsinə çalışmışdır. Bu məsələni özünə prioritet hesab edən Heydər Əliyev bildiridi ki, güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.

Azərbaycançılıq məfkurəsi geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlərə də əsaslanır. Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir.

Müxtəlif tribunalarda, konfranslarda,dövlət tədbirlərində, xalqla görüşlərində  azərbaycançılıq məfkurəsini təbliğ edən Ümummilli liderimiz, daim fəaliyyəti boyunca  bu ideologiyanı geniş kütlələrə çatdırmağa çalışmışdır.

Xalqımızın Qurtuluş günü sayılan 15 iyun, 1993 cü il də Ulu Ondər Azərbaycan Respublikası Milli Məclisindəki çıxışında da bu məsələyə toxunmuşdur: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. ”

Hər zaman gənclərə nümunə olan, istər respublikaya birinci rəhbərliyi dövründə, istərsə də ikinci rəhbərliyi zamanında  gənclərə dəstək olan Heydər Əliyev  2 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüş zamanı öz çıxışında bildirmişdir: “ Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyinə həmişə nikbinliklə baxması olmuşdur.”

Həmçinin, 1996-cı ildə keçirilən Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda nitqində bildirmişdir: “ Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik”

Xalq deputatları, rəhbər işçiləri və ziyalılar ilə görüşündə də hər zaman azərbaycançılıq ideolagiyasını təbliğ edən Heydər Əliyev yüksək vəzifəli dövlət xadimlərinin də bu məsələdə həssas olmağını diqqətə çatdırmışdır: “Biz hamımız azərbaycanlıyıq, hamımımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.”

Həyatı və fəaliyyəti boyunca daim xalqlnın yanında olan, onun içində olan, xalqın problemlərinə, dərdinə  şərik olan Heydər Əliyev Azərbaycanın milli qəhrəmanları və şəhidərin ailə üzvləri ilə görüşündə bildirmişdir: “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.”

Müxtəlif beynəlxalq tirubunalarda, konfranslarda daim azərbaycançılıq ideyasını təbliğ edərək, Azərbaycanın dövlət ideyalarının, maraqlarının digər dövlətlər tərəfindən tanınması yolunda əməli addımlar atmışdır.

Bu xüsusda, Türkiyə Böyük Millət Məclisindəki 9 fevral 1994-cü il çıxışıda buna nümunədir: “Azərbaycan xalqı, öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır.”

Türkiyənin Ankara şəhərində zabit və əsgərlərlə görüşündə Heydər Əliyev demişdir: “Türk həmişə öz vətənini sevir, öz torpağını sevir, öz bayrağını sevir və vətən yolunda həmişə şəhid olmağa hazır olubdur.”

Çıxışlarında Azərbaycanın milli ideologiasının özünəməxsus dəyərlərə, inkişaf xüsusiyyətlərinə malik olduğunu bildirən Heydər Əliyev bununla bağlı Bakıda keçirilən TRASEKA-nın daimi katibliyi ofisinin açılışındakı nitqində bir da bu məsələyə toxunmuşdur: “Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır.”

Həştərxan televiziyasının müxbirinə verdiyi müsahibəsində isə “Azərbaycanın zəngin beynəlmiləlçilik ənənənləri var. Burada həmişə bir çox millətlərin nümayəndələri yaşamışdır və bu gün də yaşayırlar. Biz bunu Azərbaycanın sərvəti sayırıq, bunu qiymətləndiririk və qoruyub saxlamaq istəyirik.”

Azərbaycan tolerant ölkədir. Öz çıxışlarında bu məqama da toxunan Heydər Əliyev bu məsələnin dövlət siyasətinin tərkib hissəsi olduğunu daim nəzərə çatdırmışdır. Bununla bağlı İslam dininin banisi Həzrət Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Şıx kəndində Bibiheybət məscidinin bərpasına başlaması mərasimində Heydər Əliyevin çıxışından: “Azərbaycanın müstəqil yaşaması, Azərbaycanımn milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir.”

Heydər Əliyevin Rus Pravoslav Kilsəsi Bakı – Xəzəryanı Yeparxiyasının başçısı yepiskop Aleksandr ilə Prezidet sarayında görüşündəki söhbətindən: ”Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə hyanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir.”

Ulu öndər 18 oktyabr 1998-ci ildə ölkəyə ikinci prezidentlik dövrünə başlaması münasibətilə and içmə münasibətilə təşkil edilmiş mərasimindəki nitqində Azərbaycanın Avropaya inteqrasiyası prosesinin  özünəməxsus yol ilə getdiyini, milli inkişaf xüsusuyyətlərinə malik oldğunu vurğulamışdır: “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik və bunu həyəta keçirmək üçün indiyə qədər lazimi işlər görmüşük.”

Ümummilli lider Heydər Əliyevin zəngin irsinin bir qolu olan “Azərbaycançılıq məfkurəsi” ideologiyasının  yaxından, əhatli araşdırılmasına həsr olunmuş bu məqaləmdə, son olaraq qeyd etmək istəyirəm ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu milli ideyanı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev özünəməxsus dinamizm ilə uğurla davam etdirir.