“Heydər Əliyev İli” ilə əlaqədar Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan 316 nömrəli tam orta məktəbin direktoru Gülnarə Hənifəyeva çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının həyatında qaranlıqdan işığa gedən yolun mayakıdır. Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyəridir. Milli-məvəvi dəyərləri qoruyub, saxlamaq və yeni nəsillərə ötürmək xalqın gələcək taleyində əvəzsiz rol oynamaq deməkdir. Ümummilli lider ən mümkünsüz anlarda və bütün təzyiqlərə rəğmən milli təfəkkürün formalaşmasına xidmət edib.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çiraqova çıxış edərək dedi ki, Ümummilli Lider Heydər Əliyev xalqın böyük müəllimidir. Heydər Əliyev Azərbaycan xalqına rifahı, müstəqil yaşamağı öyrətdi. Heydər Əliyev azadlığı qorumağın onu əldə etməkdən daha çətin olduğunu öyrətdi.
Daha sonra məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.