"Heydər Əliyev İli” ilə əlaqədar Suraxanı rayonu 208 nömrəli tam orta məktəbdə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib
"Heydər Əliyev İli” ilə əlaqədar Suraxanı rayonu 208 nömrəli tam orta məktəbdə açıq dərslər və “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova çıxış edərək bildirdi ki, Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir.
Daha sonra məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.