Heydər Əliyev Azərbaycana qarşı yönələn bütün təhdidlərin qarşısını qətiyyətlə aldı

Heydər Əliyev Azərbaycana qarşı yönələn bütün təhdidlərin qarşısını qətiyyətlə aldı
Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi ekspert

1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi. Həmin dövrdə Azərbaycan uçurum kənarında idi, ölkədə vətəndaş müharibəsi təhlükəsi, silahlı qruplaşmaların özbaşınalığı, xaos və anarxiya, üstəlik, Ermənistanın hərbi təcavüzü çıxılmaz vəziyyət yaratmışdı. Azərbaycanı bu ağır durumdan yalnız Heydər Əliyev çıxara bilərdi və ulu öndər bu çətin missiyanı şərəflə yerinə yetirdi.

 Ulu Öndər Heydər Əliyev hakimiyyətinin ilk illərində ölkəmizə qarşı yönəlmiş xarici və daxili təhdidlərin qarşısını qətiyyətlə alıb. Heydər Əliyev dahi siyasətçi kimi Azərbaycan dövlətinin təhlükəsizliyini qorudu, bütün təhdidlərin qarşısını aldı. Ulu öndər, həmçinin, dövlət çevrilişinə cəhdləri dəf etdi, Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Dövlətimiz və xalqımız qarşsındakı bütün bu müstəsna xidmətləri Heydər Əliyevi xalqın ürəyində əbədi liderə çevirib. Yüzilliklər keçəcək, Heydər Əliyevin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.