Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
"Dalğa" Elmi İstehsalat Birliyinin şöbə rəisi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Konstitusiya- dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir, və unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi qəbul edir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərini, vətəndaşlarının hüquq və azadlıqlarını təmin edir.
Azərbaycan SSR-nin Konstitusaiyasından sonra respublikada baş verən ictimai, siyasi dəyişikliklər nəticə etibarilə 1925, 1927, 1937, 1978 və 1995 –ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və nəticədə ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası , 1995-ci il Azərbaycan Respublikasının əsas qanunu qəbul edilənədək qüvvədə olmuşdur.
Rəhbərliyinin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür.Müstəqil Azərbaycanı müasir, güclü , davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq Neft strategiyasının müəyyənləşdirdi. Onun rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş- “Əsrin müqaviləsi” dünyanın 7 ölkəsi və 11 beynəlxalq neft şirkətinin iştirakı ilə imzalanmışdır. 2002-ci ildə əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyulmuşdur.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş və noyabrın 17-də qüvvəyə minmişdir.
Azərbaycan Konstitusiyasının 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Bu isə Beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Ulu Öndər hər zaman xüsusi vurğulamışdır ki, həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulmalıdır. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir.
Zamanın ağır keşməkeşlərindən və siyasi-iqtisadi eniş-yoxuşlardan keçən və taleyinin bütün sınaqlarından alnıaçıq çıxan Azərbaycan xalqı bu gün qurur doğuran günlərini yaşayır. Çünki, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə xalqımız yalnız müstəqillik dövrünün deyil, son iki əsrlik tarixinin ən şanslı səlnaməsini yaratdı.