Rəna Quliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin direktor müavini
Xalqımızın böyük oğlu müasir Azərbaycan Dövlətinin banisi, dünyaşöhrətli siyasətçi Heydər Əliyev sözün hər bir mənasında, böyük insan, dahi şəxsiyyətdir. Onun haqqında keçmiş zamanda danışmaq mümkün və düzgün deyil. Nə qədər ki, dünya var. Heydər Əliyev və onun qurduğu Azərbaycan dövləti də yaşayacaq. O, hər zaman müasir olaraq tarixdə qalacaq, əməlləri köhnəlməyəcək, keçdiyi mənalı, şəfərli keşməkeşli ömür yolu zaman-zaman yetişən, formalaşan nəsillərə örnək olacaq.
Heydər Əliyev həqiqətən, mənalı bir ömür yaşadı. Bu ömür sona yetmədi, ədəbiyyətə qovuşdu. Tarixi şəxsiyyətlərin hamıya məlum olan bir tərəfi onların çalışdıqları sahələrdir. Kimi dövlət xadimi, kimi şair, yazıçı, həkim və ümumiyyətlə müxtəlif sahələrin mütəxəssisi olaraq çox xidmətlər göstərir, insanların sevimlisinə çevrilir, həyatda iz qoyur, həmişə xatırlanır, yad edilir. Bir sözlə, kimsə üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlirsə, xalq onu sevir yaşadır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyət kimi tanınır. Onu başqa tanınmış simalardan fərqləndirən bir çox cəhətlər var. Məlum məsələdir ki, bir və ya bir neçə sahədə təkmilləşmək püxtələşmək olar. Amma bütün sahələrin kamil bilicisi olmaq mümkün deyil. Heydər Əliyev yeganə şəxsiyyətdir ki, bütün sahələri həmin sahələrin mütəxəssislərindən yaxşı bilirdi. Onun güclü yaddaşı, iti hafizəsi, iradəsi və s. xüsusiyytələri də heç kimdə bu səviyyədə olmamışdır.
Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi adlandırırlar. O, tarixi prosesləri qabağcadan görən ən çətin məqamlarda yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdu. Onu Franklik Ruzvelt, Uinston Çörçill, Sarl do Qoll, Atatürk kimi siyasət nəhəngləri ilə müqayisə edirlər.
Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpəkyolunun bərpası, Traseka-nın reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir. Tarixi böyük İpək Yolunun bərpası, milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı möhkəmlədirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Heydər Əliyevin 34 illik siyasi fəaliyyəti quruculuğunun və inkişafı təcəssümudur. O, müstəqil Azərbaycanın qurucusu, yaradıcısı, memarı olmaqla bərabər, qayğıkeş, mehriban, tələbkar və s. kimi göstəriciləri özündə cəmləşdirən bir rəhbər olaraq bütün ömrünü dövlətimizin möhkəmləndirilməsinə, inkişafına həsr etmişdir.
1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə Avropaya inteqrasiya etmişdir. Hələ onun birinci dəfə respublikaya rəhbərlik etdiyi illərdə həyatımızın bütün sahələrində və s. görünmüş, yüksəliş, inkişaf tempi baş vermişdir. Odurki, bu uğurları tərəqqini görəndə, yaxud da eşidən də onun fəaliyyətinə heyrətlənmək olmur. Arzuya çatmaq üçün gərək mübarizə aparasan Heydər Əliyev arzusuna çatmaq üçün çox işlər gördü. Onun arzusu, xalqın arzusu idi. Ümummilli liderimizin çəkdiyi zəhmətlərin bəhrəsi, gördüyü işlərin nəticəsi olaraq Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdi.
Hamıya məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyi qazanması, bu əvəzsiz tarixi nailiyyətin qorunaraq daha da möhkəmləmdirilməsi, xalqımızın azad yaşamaq haqqına qovuşması, ölkə vətəndaşlarının həyat şəraitinin arzulanan səviyəyə yüksəlməsi, hər bir insanın təhlükəsizliyinin təmin edilməsi ümumilli liderimizin adı tarixi xidmətləri ilə bağlıdır. Müstəqiliyi qorumaq onu qazanmaqdan daha çətindir Ulu öndərimizə məxsus sözlərin reallıq olduğu müstəqilliyimizin ilk illərində və sonraki dövrdə baş verən hadisələrin fonunda bir daha təsdiqini tapdı.
Heydər Əliyev həqiqətən, uzaqgörən siyasətçi idi. O, həm də baş verə biləcək hadisələrə qabacadan təsir edərək onu xalqın maraqlarına uyğun məcraya istiqamətləndirmək gücündə idi. Heç bir addımı nə vaxtından əvvəl nə də gec atmadı. Hər şeyi zamanında etdi. Xalqımızın öz halal haqqına sahib çıxması respublikamızın hər bir vətəndaşının həyat şəraitinin yüksəlməsi üçün əməli nəticələr verən zəruri addımlar atdı. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan digər respublikalardan iqtisadi asılılığı minimuma endirilidi.
SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış respulikalar arasında iqtisadi əlaqələrin birdən-birə qırılması yeni yaranmış dövlətləri ciddi böhranla üz-üzə qoydu. Amma Azərbaycan iqtisadi əlaqələrin birdən-birə qırılması yeni yaranmasına görə ciddi çətinliklərlə üzləşmədi. Çünki, qeyd etdiyimiz kimi, Heydər Əliyev bu məsələni vaxtında həll etmişdi. O, Azərbaycanın müstəqillik qazanacağını qabaqcadan gördüyünüdən bütün zəruri işləri görmüş.
Heydər Əliyev dühasından nur alan Azərbaycan bu gün inkişaf yolundadır. Bu inkişafın təməlini qoyan dünya şöhrətli siyasətci, Ümummilli Lider Heydər Əliyev öz ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmişdir. Belə insanları tarix yüz ildə bir dəfə yetirir. “Azərbaycan xalqı xoşbəxt bir xalqdır ki, onun Heydər Əliyev kimi tarixi şəxsiyyəti var"- fikrini bütün dünyanın siyasətləri, görkəmli elm xadimləri dönə-dönə vurğulayıblar.
İllər ötəcək, əsrlər dəyişəcək, dəyişməyən bircə şey olacaq ki, bu da Heydər Əliyevə olan ümumxalq məhəbbətidir. Xalqa göstərdiyi xidmətlərə görə adı tariximizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan Heydər Əliyev müstəqil Azərbaycanın başcısı kimi minilliklər boyu qəlblərdə yaşayacaq. Onun yolu, irsi əməlləri zaman-zaman yetişəcək nəsillər üçün örnək olacaq. Onun mənalı ömür yolunu araşdırdıqca hər dəfə heç kimə məlum olmayan yeniliklər meydana çıxır. Heydər Əliyev irsi tükənməz bir məktəbdir ki, zaman ötdükcə daha da zəngiləşəcək, müasirləşəcək.