Heydər Əliyev azərbaycançılıq idealının rəmzidir
Xədicə Güllərova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayon 5 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.
Heydər Əliyev azərbaycançılıq idealının rəmzidir. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir. Heydər Əliyev dünya tarixinin gedişatına təsir göstərməyi və tarixi yenidən qurub-yaratmağı bacaran nadir dövlət xadimlərindən biridir. Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin və dövlətçilik təfəkkürünü nəzərə alaraq Ulu öndərin sitatlarının bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm:
“Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”
“Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir.” -
“Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.”
“Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.”
Bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlətin qorunması ən ali prinsiplərə uyğun olaraq həyata keçirilir və Azərbaycan müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkədə ictimai-siyasi sabitliyin qorunması müstəqilliyin ən böyük nailiyyətlərindən biridir. Buna görə müstəqilliyimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.
İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.
Ötən illlər ərzində cənab Prezidentin rəhbərliyi lə Azərbaycan çox böyük uğurlara imza atıb. Əlbəttə, bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində əldə olunan tarixi zəfər durur.
Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyibir də heç vaxt əldən verilməyəcəkdir, əbədi olacaqdır.