Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin təqdimatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin təqdimatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib
Mayın 17-də Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin təqdimatında Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Gülarə Əliyevanın yeganə yadigarı Ayəndə xanım və digər qonaqlar iştirak ediblər.
Musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, rəqslər nümayiş olunub. Konsertin sonunda RİH başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru Elvina Əhmədova konsert proqramını yüksək qiymətləndirərək, kollektivə yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan musiqi sənətinə, bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.