Güclü və məğrur xalqımıza yalnız Zəfər, qalibiyyət yaraşır

Güclü və məğrur xalqımıza yalnız Zəfər, qalibiyyət yaraşır

Pərvin Rəhimova

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Suraxanı rayonu, 262 saylı uşaq bağçası və körpələr evinin metodisti

Erməni cəmiyyəti  mövcud olduğu gündən işğalçı mahiyyətə malikdir. Bunu tarixin tək bu gününə yox dünəninə nəzər salanda belə aydın görmək olur. Beləki  gözü daim Azərbaycan torpaqlarında olan ermənilər zaman - zaman bu çirkin əməlini açıq aşkar biruzə verib.

1992-ci ildə Azərbaycan xalqının başı üzərini qara buludlar aldı. Mənfur düşmən Azərbaycanın gözü olan Qarabağa hücum etdi. Beleliklə  1-ci Qarabağ müharibəsi başlandı. Dilbər guşəmiz olan Qarabağı ermənilər işğal etdilər , buna baxmayaraq xalqımız son nəfəsinə kimi kimi vuruşdu , minlərlə esgərimiz şəhid oldu.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı xalqımızın qurtuluşu oldu və Azərbaycan tarixində əsaslı dönüş yarandı. Ümummilli lider Heydər Əliyev öz uzaqgörən və zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq keçmiş Dağlıq Qarabağ probleminin həll edilməsi üçün bir sıra islahatlar həyata keçirdi ki, bunlar arasında Ordu quruculuğunu xüsusilə vurğulamaq lazımdır. Bununl da Azərbaycan xalqında gələcəyə ümid və inam yarandı.

Heydər Əliyev nə vaxtsa bugünün gələcəyini bilirək  daim söyləyirdi: "Biz Qarabağ məsələsini həll edəcəyik. Heçkəs Azərbaycan torpaqlarını bizdən ala bilməz ! Şuşa Azərbaycanın gözüdür. Biz bütövlükdə Qarabağsız yaşaya bilmərik. Biz Qarabağa qayıdacağıq , mütləq qayıdacağıq ! "

Daim Ulu Öndərin qoyduğu haqq yolunu davam edən Prezident cənab İlham Əliyev sülh və danışıqlar yolu ilə torpaqlarımızı işğaldan azad etməyə çalışırmışdır.

Nəhayət 12 iyul 2020-ci il Azərbaycan xalqının 30 illik həsrətinə son qoyan "Qürurverici Zəfərimizin" başlanğıcına qığılcım olan tarix oldu.

27 sentyabr 2020-ci il tarixində erməni təxribatının qarşısını almaq məqsədilə başlanan 44 günlük Vətən müharibəsi Zəfərimizlə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə Azərbaycan Ordusu böyük şücaət göstərərək torpaqlarımızı mənfur düşməndən azad edərək xalqımıza qələbə sevincini yaşatdılar. Qürurverici Zəfərimiz xalqımızın və ordumuzun Prezident cənab  İlham Əliyevin ətrafında birlik olub əldə etdiyi qələbədir. İllərdir ki, torpaq həsrəti çəkən xalqımız arxa cəbhədə bir olaraq əsgərlərimizə öz dəstəyini, sevgisini  sanki yanlarında imiş kimi hiss etdirdilər.

Hər birimiz Vətən müharibəsinin Zəfərlə bitəcəyinə inanırdıq, çünki xalqımızın İlham Əliyev kimi Ali Baş Komandanı, güclü ordusu və vətənpərvər ruhda böyüyən əsgəri vardır. 44 gün ərzində xalqımızın inamı gerçəkləşdi, gözlənilən tarixi gün 8 noyabr Zəfərimizin elan olunduğu gün gəldi çatdı. Güclü və məğrur xalqımıza yalnız Zəfər, qalibiyyət yaraşır.

Azərbaycanı qalib ölkə kimi dünyada tanıdan Prezident cənab İlham Əiyev eyni zamanda ata vəsiyyətini yerinə yetirən ləyaqətli oğuldur. Bununlada bütün dünya ermənistanın işğalçı və mənfur siyasətini , Azərbaycanın isə haqq səsini duydu.