Heydər Əliyevin Prezident seçilməsi anarxiyaya, özbaşınalığa və qardaş qırğınına son qoydu
Elçin Həsənov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
Azərbaycan tarixininə şanlı səhifə kimi yazılmış bu mühüm hadisəyə həsr olunmuş fikirlərimi bölüşmək istəyirəm.
Hər bir xalqın tarixində , onun ən çətin vəziyyətində həmin xalqın yetişdirdiyi bir tarixi şəxsiyyət meydana çıxır və bütün çətinliklərin, problemlərin öhdəsindən məharətlə gələrək nəinki probıemləri aradan qaldırır , həm vətənin müstəqillik yolunda inkişafın əsasını qoyur. Tariximizdə buna nümunə kimi çox şəxsiyyətləri göstərmək olar.
Belə çətin bir dövr də XX əsrin 80- ci illərində Ermənistanın Azərbaycan torpaqlarına iddiaları ilə başladı. Azərbaycan tarixinin ən ağır və həlledici dövrlərindən birində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində dönüş nöqtəsi oldu.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə dərin siyasi, iqtisadi və hərbi böhranla üzləşmişdi. Daxili çəkişmələr, hakimiyyət böhranı, idarəçilikdə buraxılan nöqsanlar, separatçılıq meylləri və torpaqlarımızın erməni işğalçıları tərəfindən addım-addım zəbt olunması, vətəndaş müharibəsi təhlükəsi respublikanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Belə bir məsuliyyətli məqamda xalqın ümid yeri olan Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev 1993-cü ilin yayında Bakıya dəvət olundu. İyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən dahi şəxsiyyət qısa müddətdə ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, hərci mərciliyə son qoydu, orduda vahid komandanlıq yaratmağa nail oldu, dövlət idarəçiliyində sabitliyin bünövrəsini qoydu və xalqın itirilmiş inamını özünə qaytardı.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı böyük yekdilliklə və yüksək fəallıqla Ümummilli Lider Heydər Əliyevə səs verdi. Seçicilərin mutləq əksəriyyətinin dəstəyini qazanan Heydər Əliyevin Prezident seçilməsi ölkədə anarxiyaya, özbaşınalığa və qardaş qırğınına son qoydu.
Bu seçki sadəcə siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycan dövlətçiliyinin xilasetmə missiyasının təsdiqi idi. Yeni rəhbərlik qarşıda duran nəhəng problemlərin həlli üçün dərhal qətiyyətli addımlar atmağa başladı.