Dadaş Babazadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobio şəhərində “The Əuropean House-Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Prezident İlham Əliyev İtaliya-Azərbyacan arasındakı siyasi dialoqa toxunaraq bildirdi ki, İtaliya və Azərbaycan arasındakı tərəfdaşlıq təkcə enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, eyni zamanda təhsil də burada önəmli yer tutur.
Cənab Prezident İlham Əliyev diqqəti tarixi məqamlara yönəltdi.”1994-cu ildə müstəqilliyimizin bərpasından, sadəcə, 3 il keçdikdən sonra ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətkərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq” bütün bunları qürur hissi ilə qeyd edən Cənab Prezident Azərbaycanın uzun illərdir ki, İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkə olduğunu qeyd etdi.
Enerji strategiyasının ikinci mərhələsi olan nəhəng qaz yataqlarının istismarı iləbağlı söz açan İlham Əliyev təsdiq edilmiş ehtiyatlarımız ilə bağlı məlumata əsasən bizim ehtiyatımızın 2,6 trilyon kubmetrə bərabər olduğunu qeyd etdi. "Bir invester olaraq boynumuza böyük məsuliyyətlər götürməyə hər zaman hazırıq lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir.
Vətən müharibəsində azad etdiyimiz torpaqlarda-Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 19 qiqavatdan çoxdur. Bu sözləri xüsusi qürurla,fəxarət hissi ilə qeyd etdi Prezident İlham Əliyev.İlham Əliyev 30 il dünyanın susduğu ədalətsizliyə son qoyaraq ölkəmizin müstəqilliyinin 30-cu ilində bütün dünyaya səs salaraq söz, qalib çıxaraq ,siyasət meydanında uğur qazanaraq Azərbaycanın adının qarşısına qalib ölkə adını əlavə etdi.