“Euronews” kanalına verdiyi müsahibədə Prezident qeyd edib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır
Günel Abbasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin müəllimi
Avropanın nüfuzlu “Euronews” kanalına verdiyi müsahibədə Prezident cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2023 -cü il üzrə hesablamalara görə ciddi inkişafa nail olub. Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, bu inkişaf hər hansı başqa amillər əsasında deyil, məhz ölkədə aparılan islahatlar nəticəsində baş vermişdir.
Baxmayaraq ki, neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsini təşkil edir, biz neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 il ərzində Azərbayacanın ümumi daxili məhsulu dörd dəfə artıb, bu çox əhəmiyyətli nailiyyətdir. Eyni zamanda da son illər ərzində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayına toxunan ölkə başçısı xüsusi vurğulamışdır ki, onların sayı təqribən 50 faizdən 5,5 faizə endirilmişdir.
Prezident müsahibəsində enerji layihələri ilə bağlı da öz fikirlərini ifadə edib. O, qeyd edib ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Biz ümid edirik ki, gələn il iqtisadi artım daha böyük olacaq. Lakin həmin rəqəmlər, əslində iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir.
Dövlət başçısı gələcək hədəflərdən də bəhs edib. İlham Əliyev deyib ki, “bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza,maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.”