Dövlət başçısının rəhbərliyi ilə media sahəsində aparılan islahatlar...
Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
Bu gün Azərbaycan milli mətbuatının 151-ci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Milli mətbuatımızın əsası 1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Həmin gündən etibarən Azərbaycan mətbuatı xalqımızın maariflənməsində, milli şüurun formalaşmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və cəmiyyətin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan milli mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti nəticəsində söz və mətbuat azadlığının təmin edilməsi, milli mətbuatın inkişafı və jurnalistikanın dövlət tərəfindən dəstəklənməsi istiqamətində mühüm addımlar atılmış, Azərbaycan mediasının inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində aparılan islahatlar, informasiya təhlükəsizliyinin gücləndirilməsi, müasir media mühitinin formalaşdırılması və peşəkar jurnalistikanın inkişafına göstərilən diqqət milli mətbuatımızın daha da güclənməsinə xidmət edir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət ölkəmizin informasiya siyasətinin və media mühitinin inkişafına mühüm töhfə verir.
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni uğurlar və daim obyektiv, prinsipial fəaliyyət arzulayıram.