Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirələcək

Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində,  ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirələcək

Gülbəniz Fərəcova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu 19 saylı körpələr evi və uşaq bağçasının müdiri

Bildiyimiz kimi Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı etmişdir. Cənub Qaz Dəhlizi ölkəmizin iqtisadiyyatında XXI əsrin ən böyük layihələrindən biri olaraq xüsusi yer tutur. Bu layihə dörd seqmentdən - “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.  Bu il Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına ev sahibliyi edir.

Cənab İlham Əliyev çıxışında enerji təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb. Enerji təhlükəsizliyi məhfumu geniş olduğu kimi, əhəmiyyəti də günü gündən artmaqdadır. Çünki enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Cənubi Qafqaz Dəhlizi layihəsində olan gecikmələrə baxmayaraq onu mümkün tez bitirməyə çalışdığımızı bildirib. Hal hazırda isə növbəti mərhələdən, layihənin inkişaf etdirilməsi və genişləndirilməsini müzakirə edirik.

Prezident İlham Əliyev ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və tərəfindən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumun əhəmiyyətindən bəhs edib. Belə ki, bu Memorandum ölkənin gələcək planları üçün yol xəritəsi olduğunu, Avropaya olan qaz ixracının 2 dəfəyədək artırılmasının planlaşdırıldığını və bu yolda tək texniki və siyasi məsələlərin həlli yox, həmçinin qarşılıqlı əməkdaşlıq, həmrəylik böyük rol oynadığını vurğulayıb. İlham Əliyev bildirib ki, gələcək işlərdə bizi istiqamətləndirəcək amil tərəfdaşlığın yaxşı ruhudur. Xüsusən indi, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirələcək.

Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başlanılıb. Prezident bildirib ki, hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik.

Təbii qaz ixracının artması haqqında İlham Əliyev ətraflı məlumat verib - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur və bu il onun 24,5 milyard kubmetr olmasını gözlənilir. Bu isə Avropa Komissiyası ilə Anlaşma Memorandumunun uğurla icra olunduğundan xəbər verir. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Təbii qaz resurslarının isə bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcəyini vurğulayıb.

Ölkə başçımız tərəfdaşlarımız olan ölkələrin hökümətlərinə minnətdarlığını bildirib. Bu ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandır.

Davamlı dəstəyinə və əla rəhbərliyinə görə isə Avropa Komissiyasına xüsusi təşəkkürlərini bildirib. Həmçinin ABŞ və Böyük Britaniya hökumətlərinə dərin təşəkkürlərini bildirməyi unutmayıb. Çünki onlar ölkəmizin bu təşəbbüsünü davamlı dəstəkləmiş, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin etmişlər.

Bərpaolunan enerji ilə bağlı planlarına gəldikdə, artıq qeyd etdiklərinə əlavə olaraq bildirib ki, hələ ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir.

İlham Əliyev iclasın dəvamında sözlərinə əlavə edib: Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.