Ümummilli Lider Heydər Əliyevin gənclərimizə olan etimadı öz təsdiqini tapmışdır
Sənan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının baş həkimi
Ölkə siyasətində önəmli yer tutan məsələlərdən biri də, gənc nəslin düzgün yetişdirilməsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
XX əsrin 90-cı illərinin birinci hissəsində Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər gənclər qarşısında duran problemlər və onların həlli yolları çətinləşməyə başladı. Bu çətinlikləri öncədən bilən Ulu Öndər Heydər Əliyev 26 iyul 1994-cü il tarixində Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Nazirlik yaranandan sonra bu sahədə bir çox vacib işlər görülməyə başlanıldı. Bu siyasətin ardı olaraq 26 yanvar 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Sərəncam imzaladı. Sərəncama əsasən, fevral ayının 2-də Azərbaycan gənclərinin birinci forumunun keçirilməsinə qərar verildi. Keçirilmiş forum ilə dövlət siyasətində gənclərimizə olan diqqət və qayğı artırıldı.
Ümummilli Liderimiz Heydər Əliyevin gənclərimizə olan etimadı öz təsdiqini tapmışdır. Bu gün Azərbaycan Respublikasında gənclər siyasəti inkişafının yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, ölkə xaricində təhsil gənclər təşkilanının formalaşması və inkişaf etməsi üçün yaradılmış şərait bu sahəyə göstərilmiş diqqətin nəticəsidir. Prezident İlham Əliyevin 16.04.2007-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə imkanlar yaradıb. Bu Dövlət Proqramı çərçivəsində gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində oxuyurlar.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ili ölkədə “Gənclər ili” elan etmişdir. Azərbaycan gənclər siyasətində idmanın inkişafına xüsusi diqqət yetirilir. Prezidentimizin böyük səyləri nəticəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycan gəncləri bu qayğı və diqqəti yüksək qiymətləndirərək öz məsuliyyətlərini dərk edir, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın inkişaf edən qüdrətli dövlətə çevrilməsində əllərindən gələni əsirgəmirlər.
Prezidentin 07.07.2011-ci il tarixli Sərəncamına əsasən təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.
Gənclərin dini ekstremizim, separatizm, beynəxalq terrorizm kimi təhlükələrin təsiri altına düşməsinin qarşısının alınmasında yeni metodların tətbiqinin zərurəti ilə əlaqəli Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına aid Sərəncam imzalayıb.
Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclərimiz təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsidir ki, bu gün ordumuzda vətənpərvər, fiziki və mənəvi cəhətdən sağlam gənclər xidmət edirlər. Eyni zamanda, gənc mütəxəssislərin savadlı hazılanması orta məktəbdən başladığı üçün dövlətimiz bu məsələyə xüsusi diqqət yetirir. Əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin etməlidir.
Dövlətimizin gənclərə olan dəstək və diqqəti nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərimiz dövlət qayğısını hər zaman hiss edərək uğurları ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Bu yüksək qayğıya cavab olaraq gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.