COP 29-un gündəliyi məhz Petersburq İqlim Dialoqu zamanı müəyyən edildi
Nəsimi Səfərov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı RİHB-nın Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi
Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmetində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində bir sıra mühim məsələlərə və məqamlara toxunmuşdur. Bunlardan biri də COP üçün yenilik olan bir təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsidir. Hər il fərqli ölkələrdə keçirilən COP 29- a bu il Azərbaycan ev sahibliyi edəcək. Bu da Azərbaycanın növbəti uğurudur. Bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək üçün dünya liderləri və digər maraqlı tərəflər bu tədbirdə bir araya gələcəkdir.
COP 29-un gündəliyi məhz Petersburq İqlim Dialoqu zamanı müəyyən edildi. Bizim təşəbbüsümüz isə üç ölkə mexanizminin yaradılması oldu. Burada məqsəd Azərbaycan, BƏƏ və Braziliyanın təcrübəsindən istifadə etməklə əməkdaşlıq yaratmaqdır. Qlobal iqlim problemlərinin həllinə həsr olunmuş bu tədbirin keçirilməsi üçün artıq ölkə başçımızın rəhbərliyi altında təşkilati işlər aparılır. Bu da Azərbaycanın belə tədbirlərin keçirilməsində təcrübəsinin olduğunu bildirir. Ölkə başçısı İlham Əliyev çıxışında nefti olmayan ölkələrin nefti olan ölkələri ittiham etməsinə etirazını bildirərək, hamının həmrəylik göstərməsini söyləmişdir. Eyni zamanda tərəflərin Azərbaycanda özlərini rahat hiss edəcəyi bir şərait yaradacağını bildirmişdir.
Prezident İlham Əliyev öz müsahibəsində yaşıl dünya məsələsinə də toxunub. İqlim dəyişiklikləri canlı aləmə mənfi təsir göstərir. Bu sahəyə diqqətin artırılması məqsədi ilə 2024-cü il “ Yaşıl dünya naminə həmrəylik ili ” elan edilmişdir. Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Ölkə başçımız çıxışında Qoşulmama hərəkatına dörd il sədrlik etdiyini bildirmişdir. 120 üzv ölkə ilə böyük tərəqqiyə nail olmuşuq. Qoşulmama hərəkatına üzv olan ölkələr, eyni zamanda üzv olmayan digər dövlətlər də bizi dəstəkləyir. Bu onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var.
Bu gün Qarabağ məsələsinin həlli də ölkədə sabitliyin göstəricisidir. Beynəlxalq tədbirlərin keçirilməsi üçün təhlükəsizdir. Bu cür tədbirlərə ev sahibliyi etməyimiz xalq olaraq bizi qürürlandırır. Azərbaycanın beynəlxalq sferada nüfuzunu artırır. Bu da cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.