Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir

Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir

Xəyalə Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktor müavini

Cənab Prezident yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında bu ölkə ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti barədə dəyərli fikirlərini bölüşdü.  Ölkə başçısı bildirdi ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.

Ölkəmizin iqtisadi inkişafının əsas göstəricilərindən danışan dövlət başçısı qeyd etdi ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. 

“Dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş imzaladılar. Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanıb. Planımız Azərbaycandan 4 giqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir”. Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib.

Ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını təmin edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə öz enerji təhlükəsizliyimiz ilə bağlı deyil. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalandı və planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabel çəkməkdir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. İndiki dövrdə isə bizim əsas hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir.