Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir

Adilə  Bağırzadə

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri                               

İyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi.

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir

Oksforddaki zirvə görüşündə təşkil olunan “Enerji və bağlantı” mövzulu dəyirmi masada çıxış edən Prezident İlham Əliyev Azərbaycan və Avropa arasında enerji sahəsindəki əməkdaşlığın artan templə inkişaf etdiyini bildirib. Bu xüsusda Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Azərbaycanın təbii qaz ixracının yarıdan çoxu Avropa ölkələrinə gedir. Adriatik dənizinin dibi ilə uzanan – Cənub Qaz Dəhlizi 31 dekabr 2020-ci ildə istismara verildikdən sonra Azərbaycan Avropaya qaz təchizatına başladı.

Azərbaycandan ixrac olunan qaz səkkiz ölkə arasında paylanılır.Onlardan beşi Avropa İttifaqının üzvüdür.Bunlar: Bolqarıstan, Macarıstan, İtaliya, Yunanıstan və Rumıniyadır. İkisi isə ittifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Bundan əlavə iki yeni ölkə ilə də Azərbaycan qazının ixracı ilə bağlı danışıqlar gedir. Bunlar Sloveniya və Slovakiyadır.  Avropada İnterkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac olunması yolunda əlavə olaraq mühüm imkanlar yaranacaq.

20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.