Bu gün bizi cənnət məkan, göz oxşayan bir Laçın qarşılayır
Səidə İmanova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan dövləti tarixən ona məxsus olan, vətənimizin bir parçasını, qartallar yuvası Laçın rayonunu 1 dekabr 2020-ci il tarixində Ermənistanın işğalından azad etmişdi. Azərbaycanın igid oğulları, qəhrəman əsgərlərimiz Ermənistan qoşunlarını qanunsuz məskunlaşmış erməniləri sayca 7-ci rayonumuzdan çıxarmaqla Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərini azad edilməsini başa çatdırdı. Azərbaycan sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44-günə bitirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev öz çıxışında bildirmişdi ki,” Artıq Ermənistan ordusu yoxdur. Onu biz məhv etmişik”. Mən həmişə deyirdim ki, Laçın , Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa heç bir razılaşma ola bilməz. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. 31 illik ayrılıqdan sonra Laçınlılar öz doğma yurduna, isti ocaqlarına döndülər. Ölümün pəncəsindən canlarını zorla götürüb qacanlar, gözü yaşlı Laçınlılar indi doğma yurda arzularının qanadında uca-uca Laçın qayıdırlar. Xilaskarın görüb qürurlanan Laçında müstəqillik Günü ikiqat bayram yaşanırdı. 2022-ci ilin avqustunda Müzəffər Ali Baş Komandan ilk dəfə Laçın şəhərində Azərbaycan bayrağını ucaldanda gözlərimiz dağıdılmış, virana qoyulmuş bir şəhər görürdü. Bu gün isə bir il keşməsinə baxmayaraq cənnət məkan, göz oxşayan bir Laçın bizi qarşılayır.
Xatırladaq ki, qısa müddət ərzində Laçında 700 bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış, 9-u çox mənzilli binadır. Bu gün biz 26 avqust –Laçın şəhəri günü kimi qeyd edirik. Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndləri 2022-ci ilin avqustun 26-da Azərbaycanın nəzarətinə keçib.
2020-ci ildə döyüş meydanında qələbə qazanan Azərbaycan , siyasi müstəvidə də öz siyasətini ortaya qoyub Ermənistanı Ağdam, Kəlbəcərlə yanaşı Laçın şəhərindən boşaltmaq məcburiyyətində qoydu. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.Sərəncama əsasən şəhər günləri təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.
Verdiyi sərəncam yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində bayram tədbirində iştirak ediblər. Tədbirdə çıxış edən İlham Əliyev ilk öncə Lçınlıları təbrik edib. Onları öz doğma yurdlarında görməkdən şad olduğunu bildirib. 31 ildən sonra öz doğma yurdlarında Zabuxda, Şuşa, Laçında onların görüşünə gəlməyindən məmnun olduğunu bildirib. “Prezident daha sonra bildirib ki, Laçının dircılişi dövrü başladığını bildirib. Laçında artıq vətənində yaşamağa, yaratmağa başlayiblar. Bu böyük xöşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən müzəffər silahlı qüvvələrdir.