BRİCS-in XVI sammitinin geniş tərkibdə iclasını Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb

BRİCS-in XVI sammitinin geniş tərkibdə iclasını Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb

Elnara İlyina

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəb müəllimi 

Rusiyanın sədrliyi ilə BRİCS dövlət başçılarının 16-cı sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİCS Sammitinin “Outreach” “BRİCS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.

Prezident İlham Əliyev bildirib ki, Tatarıstanla Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsidir: “Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti bu ilin avqustunda Azərbaycana dövlət səfəri etdi. Bundan sonra da biz görüşmüşük. Beləliklə, ikitərəfli münasibətlərin dinamikası, o cümlədən Tatarıstan-Azərbaycan ikitərəfli formatı çox yaxşıdır.

Oktyabrın 23-də Prezident İlham Əliyevin Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə də görüşüb.

BRİCS-in XVI sammitinin geniş tərkibdə iclasını Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb. O, çıxışında bildirib ki, BRİCS ölkələrinin əksəriyyətinin ortamüddətli perspektivdə inkişaf tempi daha sürətli olacaq: “2024-cü ilin sonunda BRİCS ölkələrinin dünya iqtisadiyyatındakı payı 36,7% təşkil edəcək ki, bu da G7 ölkələrinin payını inamla üstələyir. BRİCS ölkələri məsuliyyətli iqtisadi siyasətdə dayanıqlılıq nümayiş etdirirlər”.

Putin Qlobal Cənub və Şərq ölkələrini resurslarla təmin etməyə kömək edəcək yeni BRICS investisiya platformasının yaradılmasını təklif edib. Rusiya prezidenti bundan əlavə, taxıl birjasının yaradılmasını, Ümumdünya Ticarət Təşkilatının məsələləri üzrə BRİCS ölkələrinin məsləhətləşmələri üçün xüsusi mexanizmin işə salınmasını da təklif edib. Onun sözlərinə görə, BRİCS taxıl birjasının yaradılması milli bazarları mənfi xarici təsirlərdən, spekulyasiyalardan və qıtlıq yaratmaq cəhdlərindən qorumağa kömək edəcək.

Qeyd edək ki, BRİCS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika birliyə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRİCS-in tamhüquqlu üzvləri olub. Təşkilat dünyanın inkişaf etməkdə olan ən mühüm ölkələrini bir araya gətirmək, Şimali Amerika və Qərbi Avropanın daha varlı dövlətlərinin siyasi və iqtisadi gücü ilə rəqabət aparmaq  üçün yaradılıb. BRİCS-ə rəhbərlik üzv ölkələr arasında rotasiya qaydasında dəyişir. Bu il rəhbərlik Rusiyadadır.

Təşkilata üzv olmaq istəyən dövlət BRİCS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Azərbaycan bu mərhələni artıq keçib Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİCS üzv dövlət” statusuna keçir və nəhayət 4-cü mərhələdə BRİCS üzvü olan dövlət olur. Rəhbər ölkə BRİCS-in aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır. Bundan sonra qurumun Sherpas adlanan qrupu (təşkilatlara üzv ölkələr arasında kommunikasiyanı həyata keçirir) hesab edərsə ki, “maraqlı” ölkə BRİCS-in əsas prinsip və kriteriyalarına uyğundur, o zaman onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir. Onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir

Qeyd edək ki, Azərbaycan XİN bu ilin avqust ayında BRİCS-ə üzvlük üçün müraciət edildiyini açıqlayıb. Azərbaycan hələ ki 4 mərhələdən ibarət prosedurun ilk ikisini keçib. Ölkəmizin təşkilata tam hüquqlu üzvlüyə nə zaman qəbul ediləcəyi hələ ki məlum deyil.

BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq. BRİCS-də dünyanın böyük iqtisadiyyatına malik ölkələr cəmləşib. Bu xüsusda, əsasən də Çini qeyd etmək olar. BRİCS çərçivəsində Çinlə əməkdaşlıq ölkəmizə mühüm töhfələr verəcək. Azərbaycanın Braziliya və Cənubi Afrika Respublikası ilə də sıx əməkdaşlıq əlaqələri var. Rusiya ilə də əlaqələrimiz daim inkişaf edir. Bu ölkə ilə də bir sıra layihələr həyata keçirilir. BRİCS-ə üzv olmağımız Azərbaycanın nəqliyyat, ticarət və digər sahələrdə imkanlarını artıracaq.

Siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək. Azərbaycan dünya ölkələrilə əlaqələrini əməkdaşlıq və tərəfdaşlıq istiqamətində qurur.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe də Avropa və Asiya arasında strateji rol oynayır. Orta dəhlizin Azərbaycandan keçməsi Azərbaycanın BRİCS-ə üzv qəbul edilməsi üçün amillərdən biri rolunu oynaya bilər.

Bu mənada BRİCS-də təmsil olunmaqla Azərbaycan siyasi müstəvidə də təşkilatda təmsil olunan ölkələr hesabına öz istəklərinə dəstək qazana bilər".