Böyük zəfərin başlanğıcı 44 günlük müharibədən keçir

Böyük zəfərin başlanğıcı 44 günlük müharibədən keçir

Əbülfət Əkbərov 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 275 nömrəli tam orta məktəb direktor müavini

Sentyabrın 27-si başlayan və 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Qarabağ Azərbaycandır!”reallığını gerçəkləşdirdi. Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları sübut etdi ki, döyüş meydanında zəfər nəinki müasir silahlarla qazanılır, bizim şəhadətli ölümü özünə şərəf bilən, ölümün gözünə dik baxan oğulların hesabına da qazanılar.

Daim danışıqlara üstünlük verən dövlətimiz öz hünərini həm döyüş meydanında, həm də siyasət meydanında göstərdi və otuz il gözlədiyimiz bu möhtəşəm qələbəni qazandıq. Müharibənin birinci günü Prezident İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistanın silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutaraq,dinc əhaliyyə ziyan vurduğunu elan etdi. Azərbaycan ordusu düşmənin layiqli cəzasını verdi. Heçkəs inanmırdı ki,biz 30 illik həsrətə 44gündə son qoya bilərik.

“Dəmir yumruq” əməliyyatı nəticəsində Qarabağın baş tacı Şuşa, Zəngilan, Cəbrayıl, Hadrut, Füzuli kimi torpaqlarımız düşmən işğalından azad oldu. Azərbaycan əsgərinin rəşadətli döyüş əməliyyatları xarici dövlətinin hərb dərsliklərinə düşdü. Bu qələbəmiz haqqında hələ çox dərsliklər yazılacaq çox musiqilər bəstələnəcək. Bu zəfər şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına başa gəldi.

İndi biz düşmənlərimizin məhv etdiyi abidələrimizi,yaşayış məskənlərimizi dirçəltməli bərpa etməliyik. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib. “Biz sübut etdik ki,biz həmrəylik, birlik  göstəririk. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlarda  yenidən həyat qurulacaq və məcburi köçkünlərimiz öz ata-baba yurdlarına tezliklə qayıdacaq.Azərbaycanın ayrılmaz hissəsi olan ən gözəl guşələrimizdən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək!”

Sonda onu qeyd etmək istəyirəm ki, xalqımızın dilində şüara çevrilən Qarabağ Azərbaycandır devizi tarixi bir həqiqətdir və bu həqiqəti heç kəs dəyişə bilməz.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!