Ruzilə Möhbalıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktor müavini
30 il evindən məhrum olan işğaldan əziyyət çəkən, Ağdam və Füzuli kimi əraziləri tamamilə məhv edilən, torpaqlarında, xüsusilə də Şuşa şəhərində qeyri-qanuni yolla meskunlaşma siyasəti həyata keçirilən, ancaq qisasını döyüş meydanında alan, ədaləti gücü hesabına bərpa edən ölkəmiz yeni sülh prosesinin müəllifi kimi sülh sazişinin prinsiplərini müəyyənləşdiridi. Ermənistanın ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialara son qoyması sülhün prinsipal şərtlərindən biridir.
Ermənistanla münaqişənin yekun həlli və kapitulyasiya aktı, 2020-ci il noyabrın 10-da imzalanmış sülh razılaşması deyil, Bəyanatdır. Nəticəyə gəlmək bizim üçün vacibdir. İkinci Qarabağ müharibəsində atəşkəs sazişinin, Bəyanatın vasitəsiçi Rusiya, Rusiya-Ukranya müharibəsindən sonra fəal olan Birləşmiş Ştatlar və Avropa- prosesin kimin tərəfindən aparılacağı fərq etmir. Çünki biz Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik.
Milli maraqlarının ərazi bütövlüyünə və suverenliyinin tanınmasına əsaslanan qonşu ölkəmiz və tərəfdaşımız Rusiya ilə münasibətlərimizin tarazlaşdığını göstərən ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir və ölkəmiz Avropanın mühüm qaz təchizatçısına çevrilib. Müharibədən sonra qeyri-qanuni yolla təbii sərvətlərin Qarabağdan çıxarılması halları baş verən zaman vətəndaş cəmiyyəti nümayəndələri Laçın dəhlizinə müəyyən dərəcədə nəzarət tələb etdilər. buna baxmayaraq, Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb və sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur.
Cənab Prezident öz çıxışı zamanı Ermənistandakı ermənilərə mesaj olaraq qeyd etmişdir ki, biz onların dövləti ilə sülh istəyirik. Əgər Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Bizim Ermənistana qarşı hər hansı bir ərazi iddalarımız yoxdur. Onlar hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etməlidirlər. Müharibədən əvvəl etnik təmizləməyə məruz qalan və Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Azərbaycanlıların məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasını Ermənistan hökumətinin Beynəlxalq hüquqa və sağlam düşüncəyə əsaslanan qəbulolunan seçimidir.