Biz Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəmizə,ölkə başçımıza verdiyi dəyərin bir daha şahidi olduq.

Biz Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəmizə,ölkə başçımıza verdiyi dəyərin bir daha şahidi olduq.
Məlahət Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru

Azərbaycanın çoxşaxəli xarici siyasəti daima dünya dövlətlərinin diqqət mərkəzindədir. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətimizin uğurları göz qabağındadır. Mərkəzi Asiya, Avropa dövlətləri ilə olan sıx ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın

inkişafı Azərbaycanın xarici siyasətinin ən önəmli prioritetlərindəndir.

Bu mənada dekabr ayının 21-i tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə görüşü baş tutdu. Hər iki Prezidentin Belqradda son görüşü bir ay bundan əvvəl olmuşdu. Ölkə başçılarının çox qısa zamanda təkrar bir araya gəlmələri Mərkəzi Avropanın ən önəmli ölkələrindən biri olan Serbiyanın Azərbaycanla əlaqələrinin kifayət qədər inkişaf etmiş bir səviyyədə olduğundan xəbər verir.  Serbiya liderinin Prezident İlham Əliyev haqqında dediyi “Biz onun sözünə hər
hansı imzadan daha çox inanırıq” fikri Azərbaycanın dövlət başçısının
beynəlxalq arenada yüksək nüfuza, hörmətə və etimada sahib olduğunu bir daha
sübut edir.

Xatırladaq ki, ölkələrimiz arasında 1997-ci ilin 21 avqustundan diplomatik əlaqələrin qurulmasına başlanılmışdır. Ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olmuşdur. Bu telefon danışığı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsinin aparılmasına vəsilə olmuşdur.

Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunmuşdur. Serbiya Azərbaycanla ikitərəfli əməkdaşlığın energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak etmişlər.

Təkbətək görüş zamanı biz Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəmizə,ölkə başçımıza verdiyi dəyərin bir daha şahidi olduq. Onun  “Mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm” sözləri iki ölkə arasında olan səmimi dostluq münasibətlərindən xəbər verirdi.

İstər Azərbaycan, istərsə də Serbiya dövlətləri öz resurslarına arxalanaraq iqtisadiyyatını inkişaf etdirən, müstəqil siyasət aparan və bir-biri ilə sıx münasibətləri olan ölkələrdir. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar və strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdırlar. Azərbaycanın  elektrik enerjisinin Avropaya çatdırılması üçün imzalanan sazişlər, Azərbaycanın bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Ölkəmiz üçün bu imkanlar sayəsində yeni üfüqlər açılacaq.

Ölkə başçımızın yürütdüyü düzgün siyasətlə dünya ölkələri ilə qurulan əməkdaşlıqlarımızın nəticəsində Azərbaycan dövləti günəş kimi doğacaq və hər tərəfə öz işığını saçacaq. Cənab İlham Əliyevin Serbiya dövləti qarşısında verdiyi sözlər hər zaman yerinə yetirilmişdir və yetiriləcək də. İmzalanan sazişlər iki ölkə arasında  iqtisadi, ticari münasibətləri növbəti dəfə bundan da yüksək səviyyəyə çatdıracaq.