Biz neft-qaz kapitalını gəncliyin inkişafına həsr edirik

Biz neft-qaz kapitalını gəncliyin inkişafına həsr edirik

Yeganə Məlikova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 279 saylı  körpələr evi uşaq bağçasının müdiri

Ölkə başçısı 2 sentyabr 2022-ci il tarixində İtalyanın Çemobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çemobbio Forumunda,Enerji təhlükəsizliyinin təmin olunmasında “Azərbaycanın rolu” mövzusunda geniş və təntənəli çıxışı ilə bütün dünyaya dövlətimizin mövqeyini  nümayiş etdirdi.

Cənab Prezident xüsusi vurğulamışdır ki, Azərbaycan İtaliya və digər ölkələr arasında olan  siyasi  dialoq olduqca fəaldır. Ən önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Azərbaycanla təhsil sistemi tərəfdaş olduğu digər beynəlxalq müqavilələrə əsaslanır və sadiqdir. Təhsil sistemimiz milli-mənəvi, ümumi bəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq  inkişaf edir. O cümlədən məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi sayılır. Fərdi cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən vacib fəaliyyət sahəsidir. Məkətəbəqədər təhsil uşaqların milli-mənəvi  və bəşəri dəyərlər ruhunda  dövlət maraqları  və azərbaycançılıq ideyası əsasında tərbiyə olunmasına istiqamətləndirilir. Əlbəttə, enerji sahəsində əldə olunan uğurların təhsilin inkişafı ilə, birbaşa və üzvü əlaqəsi vardır. Belə ki, biz enerji sahəsindən əldə etdiyimiz gəlirləri, neft-qaz kapitalını gəncliyin inkişafına həsr edirik.

Azərbaycan dövləti uğurlu müstəqil siyasət yürütməklə bütün sahələrdə enerji stradegiyası, nəhəng qaz yataqlarının istismarı, iri stateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürmüşdir.

Prezident  İlham  Əliyev bunu ən yüksək kürsülərdən səsləndirərək bildirmişdir ki, bərpa olunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. 2020 ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə Qarabağ və Zəngilanda külək,günəş və hidroenerji strategiyasının  potensialı getdikcə artmaqdadır.

Prezident sülh prosesinə toxunanaraq demişdir ki, artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məqsədimizdir. Əsasən bizim regionda vəziyyət sülhə doğru inkişaf edir. Avropa ittifaqı ilə Azərbaycan  arasında münasibətlər Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan  Brussel sülh danışıqlarını prezident xüsusi olaraq qeyd etdi.

Dövlət başçısı Ermənistanın mövqeyi ilə bağlı bildirdi ki, Ermənistan və Azərbaycan arasında süıh müqaviləsi üzrə danışıqların baxılmasının cox böyük əhəmiyyəti var. Bu proses regionda davamlı sülhün və təhlükəsizliyin güclənməsinə töhvə verəcəyinə ümüdvarlıq ifadə edir. Məlumdur ki, sülh  müqaviləsinin imzalanması üçün aparılan bütün danışıqlar Azərbaycanın milli maraqları cərcivəsində və irəli sürdüyü təkliflər əsasında aparılır. Dövlətimizin irəli sürdüyü 5 təklifdəki əsas məqam Azərbaycanın ərazi bütovlüyüdir. Məğlub Ermənistan Azərbaycan prezidentinin siyasi qərarı ilə razılaşmaq məcburiyyətindədir. Ona görə ki, bu regionda dövlətin qalib komandan cənab İlham Əliyev edir.

Fəxrlə deyə bilərik ki, dünyada dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq və regional problemlərin həllində böyük nüfuza malikdir.