Birinci Qarabağ müharibəsi Şəhidinin anası dəfn olunub
Bu gün haqq dünyasına qovuşmuş Birinci Qarabağ müharibəsinin şəhidi Bayramov Vaqif Pirəli oğlunun anası Yeranduxt Bayramova Hövsan qəsəbəsi Zeytun bağları yaşayış sahəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, və digər rəsmi şəxslər iştirak ediblər.