Bir vətəndaş, bir ziyalı olaraq ölkəmizdə aparılan islahatlar, görülən işlər məni qürurlandırır.

Bir vətəndaş, bir ziyalı olaraq ölkəmizdə aparılan islahatlar, görülən işlər məni qürurlandırır.

Elmira Ələkbərova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin direktoru

Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Lider ən kritik vaxtlarda öz vətandaşının yanında, vətəndaş isə öz liderinin yanındadır. Prezident İlham Əliyev məhz lider olaraq daim xalqın taleyini düşünərək qabaqlayıcı tədbirlər görməkdədir. Dövlətimizin inkişafı naminə ölkə başçısının həyata keçirdiyi islahatlar və xarici siyasət kursu xalq tərəfindən daim alqışlanır.  Bir vətəndaş, bir ziyalı olaraq ölkəmizdə aparılan islahatlar, görülən işlər məni qürurlandırır.  

 Xalqımız öz rəhbəri ilə fəxr edir. Fəxr edirik ki, öz xalqının etimadını layiqincə doğruldan, düşmənlərimizin başını dəmir yumruq ilə əzən, Azərbaycanı qalib ölkəyə çevirən dözlət başçımız var. Onun sayəndə xalqımızın özünə inam hissi yüksəlmişdir. Aparılan daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın sayılıb seçilən dövlətləri sırasında yer almışdır.

 Mən xalqın bir nümayəndəsi, ziyalısı olaraq, dövlət başçısının 2022-ci ilin birinci rübü ilə bağlı keçirilən müşavirədə dediyi fikirləri, ifadə etdiyi qəti və dövlət maraqlarına söykənən mövqeyini dəstəkləyir, ona öz dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentə Azərbaycan rifahı, işğaldan azad edilmiş ərazilərimizin abad edilməsi zəminində görəcəyi işlərdə uğurlar arzulayıram.

Ulu Tanrı müdrik Azərbaycan xalqını, müzəffər Ali Baş Komandanı və rəşadətli ordumuzu qorusun.  Biz hər zaman sizinləyik!