Bir millət, iki dövlət – Azərbaycan , Türkiyə
Xuraman Eyvazova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 268 saylı körpələr evi, uşaq bağçasının müdiri
Azərbaycan və Türkiyə bir-birinin köməyinə həmişə hamıdan əvvəl gələn iki iki qardaş ölkədi. Türkiyə həmişə Azərbaycanı ən çətin zamanlarda dəstəkləyib və Azərbaycana həmrəy olduğunu nümayiş etdirib. 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək qardaşlıq nümunəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da Türkiyə qardaşlıq mövqeyindən geri çəkilmədi. Bütün dünya Azərbaycan–Türkiyə qardaşlığının bir daha şahidi oldu.
Türkiyə İkinci Qarabaq müharibəsində qardaşAzərbaycanın yanında olduğu kimi Azərbaycan da bu ağır günlərdə Türkiyənin yanında oldu.Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniyə, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olmuş və xeyli sayda indan dağıntılar altında qalıb həlak olmuşlar, xəsarət alanlar da var. Azərbaycan Türkiyədə baş vermiş zəlzələ ilə bağlı dərhal reaksiya verib.
Prezident İlham Əliyev fevralın 6-da Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana zəng edərək zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı kədərləndiyini bildirib. Xalqımız adından dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını dilədiyini və Türkiyənin yanında olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-nin 725 nəfərdən ibarət çevik xilasetmə qüvvələri, onlardan 34 nəfəri həkim olmaqla qardaş ölkəyə yola salınıb. O cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri təyyarələr vasitəsilə Türkiyəyə göndərilib.
Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ baş vermiş bölgəsinə humanitar yardım göndərib. Humanitar yardıma müxtəlif dərman pereparatları., oksigen maskaları, filtirli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyim, çadırlar daxildir.Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: “Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı.”