Belə AŞPA bizə lazım deyil

Belə AŞPA bizə lazım deyil

Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şəhrçi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Azərbaycanın 44 günlük müharibədə qazaandığı qələbəni sindirə bilməyən Fransa və onun dəstəyi ilə Avropa Şurası Azərbaycana təzyiqlər göstərmək istəyir? Bunların heç birini Azərbaycan qəbul etmir və Azərbaycan özünün dövlət maraqlarından irəli gələn siyasətini irəli sürür və yeridir. Bunun nəticəsidir ki, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşdi, torpaqları azad etdi. Keçən ilin sentyabrında bir günlük lokal antiterror  tədbirləri  ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi və bərpa, yaradıcılıq, quruculuq işlərinə başladı. Bunu ilk növbətə Fransa, Amerikadakı bəzi qüvvələr və Rusiyanın bəzi siyasi dairələri qəbul etmirlər.

Onlar istəyirlər ki, Cənubi  Qafqazda daim münaqişə ocağı olsun və onlar da bundan bəhrələnsinlər. ATƏT-in Minsk qrupu 28 il müddətində gəldi, getdil, 1 metr torpağı azad etmədilər. Azərbaycana qarşı olan təzyiqlər ona hesablanıb ki, Azərbaycan həmin işğalla razılaşsın və Avropa İttifaqının, AŞPA-nın qərarlarını yerinə yetirsinlər. AŞPA həmin müddətdə bir dəfə də Ermənistana sanksiya tətbiq etmədi. Baxmayaraq ki, BMT-nin 4 məlum qətnaməsi var idi, onlar yerinə yetirilmədi. Azərbaycan həmişə beynəlxalq tribunalardan tələb edir ki, Ermənistana qarşı sanksiya tətbiq olunsun. Ancaq bu edilmədi.

İndi isə, öz suverenliyini, ərazi bütövlüyünü bərpa edəndən sonra Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı "Səlib yürüşü" başlayıb. Antiazərbaycan məzmunlu bəyanatlar səslənir. Yanvarın 17-də Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli mövqe bir daha onların Ermənistanı birtərəfli qaydada dəstəklədiklərini, obyektivlikdən uzaq mövqe tutduqlarını sərgiləyir. Buna görə də, biz bilirdik ki, AŞPA-da Azərbaycana qarşı təxribatlar törədiləcək, sanksiyaların tətbiq olunması, Azərbaycan nümayəndə heyətinin vəzifələrinin dondurulması ilə bağlı məsələlər qaldırılacaq. Müəyyən siyasi qüvvələrlə, bəzi dövlətlərin parlament assambleyalarının üzvlər ilə söhbətlər aparıldı, ancaq təbii ki, Avropa Şurası olduğuna görə məsələni Fransa idarə edir.

Onların təşəbbüsü ilə bir çox ölkələr Azərbaycanın əleyhinə səs  verəcəkdi. Ona görə, AŞPA-dakı türkəfob, azərbaycanafob, islamafob meyillər aydın şəkildə göstərir ki, onlarla bizim yollarımız ayrılmalıdır. Ona görə də, çox haqlı olaraq Azərbaycanın  qurumdakı  nümayəndə  heyəti  AŞPA-nın belə qərəzli mövqeyinə etiraz olaraq, məsələyə baxmadan öz vəzifələrini dondurduqlarını elan etdilər. Səməd Seyidov öz çıxışında da, AŞPA-nın qərəzli mövqe tutduğuna görə bu mövqedən çıxış etməyi dayandırdıqlarını bildirdi.   Belə AŞPA bizə lazım deyil. Biz torpaqlarımızı yağı düşməndən azad etmişik.

Xocalının, 20 Yanvarın və digər törədilən qırğınların cavabını vermişik. Biz torpaqlarımızı şəhidlərimizin qanı, canı ilə aldıq. Buna görə də biz fəxr edirik. Bu gün də Azərbaycan ordusunun qüdrəti, qabiliyyəti, həyata keçirdiyi əməliyyat tədbirləri dünyanın, o cümlədən Amerikanın hərbi kafedralarında öyrənilir. Biz öz yolumuzdan dönən, Makronun, Barrelin çaldığı havalara oynayan deyilik. Biz müstəqil, demokratik dövlətik. Dövlət və xalqımızın marağından çıxış edirik. Biz AŞPA-sız da daha yaxşı yaşayacağıq.