Baş leytenant Mixail Həmidovun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Baş leytenant Həmidov Mixail Hamlet oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür. Anım günü ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini böyük ehtiramla anıblar.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.