“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

Aygun Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri

İyunun 2-də ölkəmizdə yeni nailiyyət, yeni uğur çərçivəsində “Neft Qaz sərgisi 30 – cu form öz işinə başladı. Bir çox ölkələrin nümayəndə heyyəti ölkəmizə qonaq qismində bu formda  iştirak etməyə gəlmişdi.  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışı qonaqlar tərəfindən məmnuniyyətlə qarşılandı. Prezident çıxışında ölkəmizə gələn bütün nümayəndə heyətinə  təşəkkür etdi. Eyni zamanda təşkilatçılara da Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığını bildirdi. Ölkə başçısı çıxışı zamanı bildirdi ki, ilk neft- qaz sərgisi 1994- cü ildə təşkil edilmişdir.

Həmin sərgidən dərhal sonra Azərbaycan Beynəlxalq neft şirkətləri ilə “Əsrin müqaviləsi adlandırılan geosiyasi və geoiqtisadi  vəziyyəti dəyişdirən saziş imzaladı. Bunlar prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O zaman Heydər Əliyev aydın şəkildə vurğulayırdı ki, enerji sahəsində geniş əməkdaşlıq olmasa, Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməz və müstəqil ölkə ola bilməz. Ölkəmiz o zamanlar çətin mərhələdən keçirdi. Vətəndaş qarşıdurması yeni başa çatmışdı.  100 minlərlə Azərbaycanlı etnik təmizlənməyə məruz qalmışdır.  Prezident onu da qeyd etdi ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan, iqtisadiyyata malik ölkədir.

Xarici borclarımız, faizdən azdır.  Bu gün yosulluq səviyyəsi 5 faizə bərabərdir.  Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir.  Ölkə başçısı onu da qeyd etmişdir ki, indi bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Beləliklə, enerji resursları düzgün idarə edilərsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq uğur əldə edilə bilər.  Təbii qaz ixracı da 25 milyard kubmetrə çatmışdır.  Əlbəttə bu ixrac 2030- cu ilə qədər 8 milyard kubmetrə çatdırılacaq. Prezident yaşıl enerji potensialının elektrik enerjisinə olan təlabatın yüksək səviyyəyə çatdırılmasının mükəmməl olduğunu qonaqların nəzərinə çatdırdı.  Yəni bu uğur xalqımızın daha firavan yaşaması və ölkəmizin xaricdə tanınması deməkdir.