Azərbaycanın enerji layihələri regional və qlobal əməkdaşlıq üçün zəmin yaratdı
Cavanşir Allahverdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azneft İstehsalat Birliyi Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin Direktoru
1 iyun 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir. Açılışda çıxış edən Cənab İlham Əliyev 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz sərgisində iştirak edən qlobal enerji şirkətlərinin Azərbaycana diqqətinin cəlb edilməsinin çox əhəmiyyətli rolundan geniş nitq söylədi. Ölkə başçısı daha sonra ötən əsrin sonunda baş vermiş mühüm hadisə hesab edilən Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışından danışdı. Məhz bunun sayəsində ölkəmizin ixraca başlaya bilməsindən və bir çox ölkələrin tələbatlarını təmin etməyimizə diqqətə çəkdi. Eyni zamanda, bizim tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladığımızı söylədi.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi haqqında öz fikirlərini ifadə etdi. XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurduğunu bildirərək Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizin, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızın göstəricisi olduğunu bildirdi. Sözü gedən bu layihə bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürü olduğunu söylədi və bunun nəticəsində Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdığını və hazırda qlobal enerji layihələrinə çevrildiyini diqqətə çəkdi. Azərbaycanın enerji layihələri regional və qlobal əməkdaşlıq üçün zəmin yaratdı
Ölkəmiz üçün bu şanlı nailiyyətlər ilk növbədə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda müdrik liderimiz Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyamızın zəfər təntənəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun daha da təkmilləşdirilmiş enerji strategiyasının uğurlu nəticələrini Azərbaycan vətəndaşları olaraq bizim hər birimiz öz həyatımızda əyani şəkildə görürük.
Möhtərəm cənab Prezident, kollektivimiz Sizi bir daha əmin etmək istəyir ki, xalqımızın daha işıqlı sabahı naminə əllərindən gələni edəcək, daha yaxşı çalışacaq və Sizin rəhbərliyiniz ilə daha böyük uğurlara imza atılması uğrunda dövlətə sonsuz sədaqət prinsiplərini əzmlə qoruyacağıq.