Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu

Tünzalə Suleymanova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının həkimi
Bu gün dünya siyasətində enerji təhlükəsizliyi aktual yer tutur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən biridir. Təhlükəsizlik tədbirlərinə enerji mənbələrinə çıxışın təmin edilməsi, enerjinin istehsalı, saxlanması, ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması, müqavilələrin təmin edilməsini aid etmək olar.
Azərbaycan respublikasının zəngin enerji mənbələri ölkəmizin iqtisadi qüdrəti ni gücləndirməklə yanaşı, regional əməkdaşlıqda mühüm rol oynayır.Ölkəmizin dünya maliyyə böhranı şəraitində artan iqtisadi inkişafı qarşıya qoyulan bütün layihələrin uğurla həyata keçirilməsi nə zəmin yaradır. Ölkəmizdə dünyanı iflic vəziyyətə salmış iqtisadi böhrana qarşı effektiv tədbirlərin həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf əldə edilmişdir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artmaqdadır. Ölkəmiz təkcə ənənəvi enerji ilə deyil, həm də yaşıl enerji sahəsində də zəngin potensial imkanlara malikdir.Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət şurası çərçivəsində nazirlərin birinci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dörd tərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclası da Azərbaycanın Avropanın enerji təminatında artan rolunu göstərir.Bu mənada Prezident cənab İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin iki əsas komponentini - istehsal və ixrac etmək layihələrini qeyd etmək olar.
Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyində strateji rolu getdikcə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə digər ölkələrin təbii qazının Avropaya nəqlində Azərbaycanın tranzit ölkə rolunu oynayacağı , bu ölkənin Avropanın enerji təhlükəsizliyində geostrateji əsas ölkə mövqeyini sübut edir.