Nəsibə Qurbanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Bu gün Azərbaycanın dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatıb. Azərbaycan Respublikasının Prezidentinin hər görüşü uğurla nəticələnir. Bütün bunlar Azərbaycan xalqını, dövlətinin siyasi mədəni uğurudur. Azərbaycan və Tacikistan prezidentlərinin görüşü və birlikdə bəyanatı bir daha türk xalqlarının birlik, dostluq, qardaşlığını göstərir. Bu əsnada hər iki dövlət haqda on dörd sənəd imzalandı. İmzalanmış sənədə əsasən iki xalq arasında münasibətin möhkəmlənməsi, Azərbacan-Tacikistan mədəniyyət günlərinin keçirilməsi, hər iki xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq. Bunlara əlavə olaraq iki xalq arasında əlaqələrin genişləndirilməsi Azərbaycanda Tacikistan səfirliyinin fəaliyyətə başlaması timsalında bir daha sübut olunur.
Ölkələrimizin tarixi dostluq əlaqələrini siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan və Tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasında elm və təhsil sahəsində münasibətlərdə də mühüm yer tutur. Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru Diplomu təqdim olundu. Bu da Tacik xalqının Azərbaycan Prezidentinə göstərdiyi ehtiramdır.
Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır. Bu da iki qardaş xalqın inkişafına şərait yaradır. Göründüyü kimi tacik xalqı Azərbaycanda gedən bütün hadisələri yaxından izləyir.