Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.
Konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ulu Öndərin çoxşaxəli fəaliyyətindən, eləcə də sosial-iqtisadi konsepsiyasının prioritetlərindən danışdilar.
Daha sonra “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda çıxış etdim. UNEC-in kafedra müdiri, professor Ümidvar Əliyev “Azərbaycanda bazar iqtisadi sisteminin formalaşmasının nəzəri əsasları və xüsusiyyətləri” mövzularında məruzə təqdim etdi.